KANAL24.AZ
Az Iw En Ru

Fransadan fərqli olaraq Almaniya neytral movqedədir

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin
sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Ölkəmizin başçısı alman iş
adamları ilə ötən il Berlində, bu yaxınlarda isə Münxendə keçirdiyi görüşlərini məmnunluqla
xatırlayaraq, indi də böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün
Azərbaycana səfər etməsinin önəmini qeyd etdi. Almaniyanın Azərbaycandakı səfiri Ralf Hörlemann
görüşdə bildirib ki, COP29-un keçirildiyi bu ildə sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün bir
imkan yaranıb ki, bu da öz növbəsində sabitlik, iqtisadi inkişaf, əmin-amanlıq baxımından çox
önəmlidir.  Qeyd edək ki, bu səfər Almaniya hökumətinin və iş adamlarının Azərbaycanla iqtisadi-ticari
əməkdaşlıqda maraqlı olduqlarının bir təzahürüdür.
Prezident İlham Əliyev Almaiyadan gələn böyük  nümayəndə heyətinin bu səfərini  yüksək
qiymətləndirərək bildirib ki, iki ölkə arasındakı iqtisadi əlaqələrin inkişafı hər iki yeni inkişaf
perspektivləri yaradacaq. Alman iş adamları tərəfindən Azərbaycanda iqtisadi islahatlarla bağlı böyük
işlərin həyata keçirildiyinin etiraf edilməsi real vəziyyətin obyektiv qiymətləndirilməsidir.
Ölkəmizə infrastruktur, sənaye, kənd təsərrüfatı, bank və maliyyə, alternativ enerji və digər
sahələrlə məşğul olan 40-dan artıq alman şirkətinin rəhbəri və nümayəndələrinin səfəri Azərbaycan
iqtisadiyyatına olan marağın göstərcisidir. Alman iş adamları tərəfindən Azərbaycanda iqtisadi
islahatlarla bağlı böyük işlərin həyata keçirildiyinin etiraf edilməsi real vəziyyətə obyektiv qiymətin
verilməsidir. Digər mühüm məqam ölkələrimizin yalnız ənənəvi enerji sektorunda deyil, başqa
sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanların olduğunun qeyd edilməsidir.  Avropanın iqtisadi
cəhətdən ən güclü ölkəsi olan Almaniya ilə  Cənubi Qafqazın qüdrətli ölkəsi olan Azərbaycan arasında
iqtisadi əlaqələrin perspektivləri, o cümlədən energetika, birgə layihələr, investisiya və digər sahələrdə
əməkdaşlıqla məsələlər ətrafında fikir mübadilələri  aparıldı. Bildrilidi ki, hər iki ölkənin iqtisadi
əməkdaşlığının daha da genişlənməsi üçün yeni imkanlar mövcuddur və bu imkanlardan səmərəli
istifadə olunmalıdır.
Qeyd edək ki, Azərbaycan-Almaniya iqtisadi-ticari əlaqələri dinamik inkişaf edən əməkdaşlıq
sahələrindən biridir. Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət
tərəfdaşıdır. İki ölkə arasında iqtisadi əlaqələr kifayət qədər inkişaf edib, ticarət dövriyyəsi genişlənib,
qarşılıqlı ixrac artıb. 2022-ci ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsinin həcmi 1 milyard 255
milyon ABŞ dolları olub və Almaniya Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələr sırasında
8-ci yeri tutub. Həmin il Azərbaycandan Almaniyaya ixrac olunan məhsulların dəyəri 591,3 milyon ABŞ
dolları olub. Azərbaycanda qeydiyyatdan keçmiş 239 alman şirkəti var və hazırda onlardan 166-sının
fəaliyyəti aktivdir. Bu şirkətlər sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, tikinti, bank, sığorta, ticarət və
xidmət sahəsində fəaliyyət göstərirlər. Almaniya şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılan
bərpa-quruculuq işlərində iştiraka maraq göstərirlər. Azərbaycandakı alman şirkətləri bərpaolunan
enerjinin inkişafı layihələrinə də maraq göstərirlər. Bütün bunları nəzərə alaraq əminlikdə demək olar
ki, iş adamlarının bu səfərində sonra Azərbaycanla Almaniya arasında iqtisadi sahədə münasibətlər
yeni inkişaf mərhələsinə qədəm qoyacaq.
Bunu şərtləndirən səbəblərdən biri də Almaniyanın qonşusu Fransadan fərqli olaraq regionda
sülh prosesinə neytral yanaşmasıdır. Almaniya Kansleri Olaf Şoltsun mövqeyi belədir. Baxmayaraq ki,
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Avropa Şurası Parlament
Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar
qəbul edib. Diqqət şəkən məqam odur ki, bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə
qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Almaniya mətbuatında
Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu,
diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilməsi də ölkəmizə qarşı qərəzin
göstərcisidir. Dövlət başçısının qeyd etdiyi kimi bunun yalan olduğunu bu yazıların müəllifləri də yaxşı
bilir. Bunlara rəğmən Kansler Şoltsun neytrallığını qoruması mühüm məqam kimi qiymətləndirilir.
Lalə Musayeva,
Sabirabad Regional ASAN Xidmət Mərkəzinin baş məsləhətçisi


09:40 14.03.2024