KANAL24.AZ
Az Iw En Ru

Almaniya ilə qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək bir mərhələdədir

Ulu Öndər Heydər Əliyev siyasətini, onun xarici siyasət kursunu yeni dövrün tələblərinə
uyğun olaraq davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin
beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, milli maraqlarının qorumasına nail
olmuşdur. Bu gün Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu və qüdrəti fonunda dünya
dövlətləri ölkəmizlə yeni-yeni əlaqələr qurmağa və mövcud əlaqələri daha da inkşaf etdirməyə
can atır. Bu istiqamətdə dünya ölkələrinin liderləri, nümayəndələri ölkəmizə səfərlər edir və
Prezident İlham Əliyevlə görüşlər keçirir. Bu görüşlər ikitərəfli əlaqələrin inkşafına təkan
verməklə yanaşı Azərbaycanın haqlı mövqeyinin və mövcud reallıqların dünya ictimaiyyətinə
çatdırılmasında xüsusi rol oynayır. Bu gün dünya dövlətləri ilə, o cümlədən Almaniya ilə
qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək bir mərhələdədir. Fevralın
28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq
Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş zamanı bir sıra
vacib məsələlərə toxundu.     
Azərbaycan istər Ermənistanla münasibətdə istərsə də digər məsələlərdə hər zaman
humanistlik nümayiş etdirmiş və beynəlxalq hüquqa və qanunlara ən yüksək səviyyədə riayət
etmişdir. İkinci Qarabağ Müharibəsi və antiterror əməliyyatları buna bariz nümunədir.
Ümumiyyətlə Azərbaycanın atdığı bütün addımlar tam haqlı və beynəlxalq hüququn
prinsiplərinə təmamilə uyğundur. Hansısa bir təşkilatın və ya dövlətin qərəzli ittihamlarının heç
bir əsası yoxdur və bütün bunlar ölkəmizin uğurlarına olan qısqanclığın nəticəsidir. Prezident
ölkəmizə qarşı olan ənənəvi təzyiq cəhdlərinin nədən qaynaqlandığının təsvirini verib. Həm
hazırkı neqativ təmayülləri dilə gətirib, həm də keçmişə nəzər salıb. Nəticədə dövlətimizin
başçısı hər iki dövrdəki xoşagəlməzliklər baxımından vahid səbəb və nəticə əlaqəsinin varlığı
reallığını ortaya qoyur. Belə ki, səbəb ermənipərəstlikdir, nəticə isə həmin ermənipərəstliyə
görə özünü göstərən yanaşmalar. Azərbaycanın lideri bildirdikləri ilə həmin yanaşmaların
qərəzli mahiyyətinin dolğun təsvirini çəkir. Bu təsvir heç bir halda bəraət qazanmaq, xarici iş
adamlarını ölkəmizə çağırmaq istəyi deyil. Yəni, onlarsız da keçinərik. Cənab İlham Əliyev,
sadəcə, heç nəyə baxmayaraq, Azərbaycana təşrif buyurmuş bu şəxslərin qərarının
doğruluğunu bildirir və əminlik yaradır. Eyni zamanda da, prinsipial xarakterli mesajlarını da
çatdırır. Daha sonra dövlət başçımız Azərbaycanın sülh prosesinə sadiq olduğunu diqqətə
çatdırdı: Ümumiyyətlə qeyd etmək istərdim ki Azərbaycan heç zaman müharibə tərəfdarı
olmamış, bütün məsələləri sülhlə həll etməyə çalışmışdır. Ikinci Qarabağ Müharibəsindən
sonra da Azərbaycan dəfələrlə Ermənistana sülh təklif etmişdir. Lakin təəssüf ki, Ermənistan
tərəfi sülh təşəbbüslərini dəyərləndirməmiş, əksinə olaraq havadarlarının oyunlarına uyaraq
müxtəlif təxribatlara əl atmış və sülh prosesinə mane olmağa çalışmışdır. Ermənistanın qeyri-
müstəqil və asılı siyasətinin nəticəsidir ki, hazırda Ermənistan böhranlar içərisində çabalayır
və dalana dirənmiş vəziyyətdir. Prezident İlham Əliyev keçən il Berlinə səfəri zamanı
Almaniya Kansleri ilə görüşündə əlaqələrimizin geniş gündəliyinə daxil olan məsələlərin, o
cümlədən iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd edib. Eyni zamanda
Kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol
Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini
vurğulayıb. Bununla yanaşı, Almaniya tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında Berlində
görüşün keçirilməsinin də Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd edib. Prezident diqqətə
çatdırıb ki, Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu otuzillik bir müddətdə
özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa
olunması üçün heç bir addım atmadılar. Biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç
ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif
alətlərdən istifadə etdi. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək. Ötən ilin
sentyabrında biz separatizmə son qoyduğumuz zaman onlar yenə də səhv etdilər. Onların
bəziləri indi də səhv edirlər. Mən ABŞ və Fransanı nəzərdə tuturam. Düşünürəm ki, Rusiya
indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür
hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr

Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan
Azərbaycan ilə işləməlidirlər. Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms
vurğulayıb ki, Almaniya biznes dairələri Azərbaycanın Cənubi Qafqazda sülh proseslərinə
sadiqliyini yüksək qiymətləndirir və bu da öz növbəsində bütün regionda müsbət inkişafın
əsasını qoya bilər.
Sonda Prezident İlham Əliyev Almaniya biznes dairələrinin Azərbaycanın Cənubi
Qafqazda sülh proseslərinə sadiqliyini yüksək qiymətləndirib və bunun bütün regionda müsbət
inkişafın əsasını qoya biləcəyini vurğulayıb. Yəni ki, Almaniya da özünün iqtisadi maraqlarını
düşünməli, kollektiv Qərbin ənənəvi anti-Azərbaycan oyunlarında iştirakdan uzaq dayanmalı,
obyektiv mövqe tutmalı, ən əsası isə Cənubi Qafqazda sülh mühitinin ədalətli əsaslarının
formalaşmasına və möhkəmlənməsinə töhfəsini verməlidir.
Əfsər Əzizov,
Sabirabad RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş
məsləhətçisi


14:36 13.03.2024