KANAL24.AZ
Az Iw En Ru

Qadınlar milli dövlət quruculuğumuzun fəal iştirakçılarıdır

Müasir həyatımızda Azərbaycan qadınının fəallığı diqqət mərkəzindədir. Demək olar ki,
respublikanın bütün sahələrində qadınlarımız təmsil olunurlar. Elə bir sahə yoxdur ki, orada Azərbaycan
qadınının səsi eşidilməsin, onun fəaliyyəti şaxələnməsin. Azərbaycan qadını həm həkim, həm müəllim,
həm memar, həm dövlət qulluqçusu, həm də ictimai-siyasi xadimdir. Bu və ya digər amilləri özündə
cəmləşdirən qadınlarımızın nüfuzu günü-gündən artmaqdadır.Azərbaycan qadınları ictimai-siyasi
proseslərdə həmişə fəal olmuşlar. Onlar arasından görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi
xadimləri yetişmişdir. Respublikamız müstəqillik qazandıqdan sonra qadınların cəmiyyətdə rolu daha da
yüksəlmiş  və fəaliyyətləri genişlənmişdir. Ümummilli liderimiz Heydər Əliyev qadınların cəmiyyətdəki
rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirilməsinə, onların dövlət quruculuğunda, elm,
mədəniyyət, təhsil, səhiyyə, idmanda və s. geniş təmsil olunmalarına müstəsna əhəmiyyət verirdi. Elə bu
siyasətin nəticəsi olaraq bu gün qadınlarımız təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından
kənarda da yaxşı tanınır, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edir.
Dahi öndər Heydər Əliyev tərəfindən Azərbaycan qadınına olan diqqət və qayğı hər kəsin gözü
qarşısında baş vermişdir. Onun qadına verdiyi qiymət, qadınların qurultayındakı çıxışı və Azərbaycan
qadını haqqında ifadə etdiyi səmimi tarixi  fikirlər, inanıram ki, heç bir qadının yaddaşından silinə
bilməz. Bu gün Prezidentimiz İlham  Əliyev, eləcə də, Onun xanımı, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın gördüyü işlər çox dəyərli və qiymətlidir.
Onların Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqəti bütün dünya görür
və onu qiymətləndirir. Bu gün qadınlarımızın səsi dünyanın hər yerində eşidilir. Dünya dövlətlərinin
yüksək  tribunalarındakı qadınlarımızın çıxışı və onların qaldırdığı məsələlər bu fikri təsdiqləyir ki,
ümummilli liderin təməlini qoyduğu yol bu gün də  davam etdirilməkdədir.
Tariximizə bir çox parlaq səhifələr yazmış Azərbaycan qadınının milli-mənəvi dəyərlər
sistemimizin təşəkkülündə və yaşadılmasında müstəsna rolu vardır. Qadın adını hər bir azərbaycanlı
həmişə uca tutmuş, Ana məfhumunu Vətənin təcəssümü saymışdır. Azərbaycan qadınının gözəlliyi,
sədaqəti, mərdliyi ana məhəbbətinin ülviliyi xalq yaradıcılığının nümunələrində, görkəmli
sənətkarlarımızın əsərlərində dönə-dönə vəsf olunmuşdur. Böyük mədəni irsə malik olan Azərbaycan
xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim böyük ehtiramla yanaşmışdır. Hər bir ailədə cəmiyyətə
vətəndaş yetişdirilir. Ailə cəmiyyətin içində kiçik bir dövlətdir. Bu gün dünyaya gələn uşağı milli ruhda
böyütmək, cəmiyyətə layiqli vətəndaş hazırlamaq baxımından biz qadınların üzərinə böyük məsuliyyət
düşür.
Azərbaycan qadını öz ağılı, biliyi, istedadı, milli-mənəvi keyfiyyətləri ilə dünya qadınları
arasında yüksək yer tutur. İnanıram ki, Həcər qeyrətli Azərbaycan qadınları bu mövqeyi qoruyub
saxlayacaq, öz keyfiyyətləri, uğurları ilə dünyanı həmişə heyrətə gətirəcəkdir.44 günlük Vətən
Müharibəsində Azərbaycan qadınının yetişdirdiyi igid oğullar qəhrəmancasına vuruşdular və
torpaqlarımızı aciz düşməndən azad etdilər.Hər igid oğulun arxasında igid, qeyrətli analar, qadınlar
durur. Biz şəhid analarının qarşısında baş əyirik, onlara hər zaman borclu olacağımızı bildirmək
istəyirik. Beynəlxalq Qadınlar Günü münasibətilə başda şəhid analarımız olmaqla, bütün qadınlarımızı
ürəkdən təbrik edir, onlara cansağlığı, xoşbəxtlik, firavanlıq və ailə səadəti arzulayıram.
Solmaz Səmədova,
Sabirabad RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin
baş məsləhətçisi


05:21 08.03.2024