KANAL24.AZ
Az Iw En Ru

“Euronews” televiziyasına verdiyi müsahibə iqtisadi əməkdaşlığı əhatələyən beynəlxalq münasibədir

XXI əsr müxtəlif siyasi və iqtisadi hadisələrin zamanı kimi tarixləşməkdədir. Bu sıradan
Cənub Qaz Dəhlizi də, Yaşıl Enerji amili də əhəmiyyətlidir. Azərbaycan bu məsələlərə özəl
siyasi dəstəyi ilə tanınır. Bunun məntiqi nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin təşəbbüsü ilə Bakıda müxtəlif miqyaslı toplantılar keçirilir, müzakirələr
aparılır. Mart yaıın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və
Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibə də
bu məsələlərə, bu məsələlərlə bağlı müəyyən məqamlara aydınlıq gətirdi. Müsahibənin
ümumi ahəngi Azərbaycanın istər siyasi, istərsə də iqtisadi qüdrətinin təsdiqi kimi dinlənildi:
“Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də,
bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata
keçirə bilməyəcəyik”.
Hər layihə ikitərəfli, çoxtərəfli olur. Bu layihələr müxtəlif dövlətlərin iştirakı ilə gerçəkləşə
bilərdi. Azərbaycan Respublikasının Prezidenti müsahibəsində qeyd etdi ki, “Layihəni
reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də bizə öz
maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət
edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq”.
Dünyada yanacaq problemi var. Bu problem qarşılıqlı iqtisadi əməkdaşlıqla aradan
qaldırıla bilər. Bu baxımdan Azərbaycan dünyanın maraq dairəsində olan dövlətlər
sırasındadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibədə
perspektivlərdən də söz açdı ki, bu da dünyəvi problemin həlli istiqamətində ümidverici
nəticələrin optimallaşacağı deməkdir: “COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və
məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl
enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə
etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən
bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın
olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik”
Müsahibə həm də əməkdaş dövlətlərə dəyərli tövsiyə ilə tamamlandı: “Görülən işə
gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün
necə istifadə etdiyimizə görə qiymət verilməlidir. Nefti inkişafa çevirdik, sərvətin ədalətli
paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 50
faizdən 5 faizə enib”.
Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin cari ilin 1 mart tarixində
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət
Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi
müsahibə iqtisadi əməkdaşlığı əhatələyən beynəlxalq münasibətlər baxımından tarixi
müsahibə kimi izlənilir.
Şamil Heydərov,
Sabirabad rayon Mətbuatyayımın müdiri


10:13 06.03.2024