KANAL24.AZ
Az Iw En Ru

İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri

Prezident İlham Əliyev: “COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və
məsuliyyət hissimizin bir hissəsini təşkil edir”
Qlobal istiləşmə və iqlim dəyişikliyi dünyada ən aktual məsələlərdəndir. Dünyada baş
verən təbii fəlakətlər- daşqınlar, dünya oekanının səviyyəsinin yüksəlməsi, qasırğalar, yaxud
da quraqlıqla bağlı iqlim dəyişiklikləri planetimiz, burada yaşayan canlılar, eləcə də insanlar
üçün ciddi təhlükədir. Elmi cəhətdən təsdiq edilib ki, belə getsə, ekoloji fəlakət qaçılmaz
olacaq. Bu il Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına
Tərəf Dövlətlərin 29-cu Konfransı (Conference of the Parties-COP29) qeyd olunan
problemlərlə bağlı dünya və ölkə ictimaiyyətinin məlumatlılığını artırmaq, bu sahədə görülən
işlərə və mövzuya aid müzakirələrə şərait yaratmaq baxımından mühüm əhəmiyyət kəsb
edir. Prezident İlham Əliyevin cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası
çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci
iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibəsində bu haqda ətraflı danışıb:
“COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil
edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır.
Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz
satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq
üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış
yaratmaq istəyirik”. Müasir iqlim dəyişmələrinə və problemlərin həllinə Azərbaycan da öz
töhfəsini verməyə çalışır. Bu mövzuda indiyə kimi Azərbaycanda bir sıra tədbir və layihələr
həyata keçirlib. Lakin COP29 artıq bu istiqamətdə keçirilən tədbirlərin həm miqyasına, həm
də iştirakçıların sayına görə Zrvə Toplantısıdır.
Cənab Prezident müsahibədə iqlim dəyişmələri ilə bağlı təhdid yaradan amillərdən də
danışaraq deyib: “Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük,
çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır.
Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik”.
Azərbaycan da iqlim dəyişikliyinin bilavasitə təsiri altındadır. Ekoloqların proqnozuna görə,
qlobal iqlim dəyişikliyi nəticəsində Azərbaycanı daşqın, quraqlıq kimi təbii fələkətlər,
həmçinin onların nəticəsi kimi içməli su ehtiyatlarının çatışmazlığı gözləyə bilər. İqlim
dəyişikliyi nəticəsində meşələrə, kənd təsərrüfatına da ciddi ziyan dəyə bilər. Artıq iqlim
dəyişikliyinin mənfi təsirləri özünü göstərməyə başlayıb. Belə ki, qiymətli ağacların sayının
sürətlə azalması müşahidə edilir. Digər tərəfdən, qlobal iqlim dəyişikliyinin nəticəsi kimi
yaxın illərdə Xəzər dənizinin səviyyəsinin daha bir metr qalxacağı proqnozlaşdırılır. Bu isə
dəniz səviyyəsinə yaxın ərazilərin su altında qalması ilə nəticələnə bilər.
İqlim dəyişmələrinin meydana gəlməsinə səbəb olan amillərdən biri də vaxt keçdikcə
sənaye və nəqliyyatda yanacaqdan daha çox istifadə edilməsidir. Belə ki, hər il atmosferə
20 milyard tondan çox müxtəlif hissəciklər daxil olur ki, bu da atmosferin temperatur
rejiminə, hava şəraitinə təsir edir. Son 100 ildə Yerin orta temperaturunun artması
nəticəsində “istixana effekti” meydana gəlib. Bir çox ərazilərdə səhraların sahəsi
genişlənməkdə davam edir. “Turşulu yağışlar”ın yağması isə adi hal alıb. Alimlər son 50
ildəki istilik artımının insan həyatına gözəçarpacaq dərəcədə təsir etdiyi fikrindədirlər. Bu
problemlərin qarşısının alınması istiqamətində danışan dövlətimizin başçısı artıq mühüm
yolu qət etməyə başlanıldığını vurğulayıb. “Ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən
maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı
planlaşdırırıq”, – deyə cənab Prezident əlavə edib.
Yeri gəlmişkən, BMT tərəfindən iqlim dəyişikliyi ilə mübarizəyə həsr edilən saysız
hesabatlar hazırlanıb. Bu hesabatlar diqqət etdikdə qlobal ilqim dəyişliklrinin ildən ilə daha
da ağır fəsadlar verdiyini görmək mümkündür. Məsələn, son 150 ildə dünyada temperatur 1
dərəcə yüksəlib. Bu yüksəlişin yarısı son 25 ilə təsadüf edir. Ekspertlərin hesablamalarına
görə, əgər Yer kürəsində temperatur bu sürətlə qalxmaqda davam etsə, 2050-ci ilə qədər
hərarət 2- 2,5, 2100-cü ilə qədər isə 6 dərəcəyə qədər yüksələ bilər. Bu isə bəşəriyyət üçün
böyük təbii fəlakətlər, quraqlıq, sel və daşqınlar deməkdir. BMT-nin iqlim dəyişiklikləri və su

mövzusunda hazırladığı digər bir hesabata görə isə, 2050-ci ilə qədər dünyada 2 milyard
insanın susuz qalacağı, 200 milyon insanın isə evini tərk etmək məcburiyyətində qalacağı
ehtimal olunur. Cənab Prezident müsahibədə deyib ki, görülən işə gəlirlərdən insanların
ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə
etdiyimizə görə qiymət verilməlidir: “Nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını
təmin etməyə nail olduq. Son 20 ildə Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5
faizə enib”.
İqlim dəyişməsinin qarşısını almaq üçün ən effektli vasitələrdən biri alternativ enerji
mənbələrinin istifadəni gücləndirməkdir. Belə olacağı təqdirdə atmosfer havasının
temperaturunun artmasının qarşısını xeyli dərəcədə azaltmaq olar.
Mehman Azayev,
Sabirabad Dövlət Sosial İqtisad Kollecinin tələbəsi


13:12 05.03.2024