Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində
nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı
«Euronews» televiziyasına müsahibə verib. Beynəlxalq aləmdə böyük maraqla qarşılanan
sözügedən müsahibədə dövlətimizin rəhbəri bir neçə mühüm əhəmiyətli məqama aydınlıq
gətirib. Qeyd edilib ki, layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var
idi. Ona görə də ölkəmizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı
beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu
əməkdaşlığı qurmağa başlandı. Artıq uzunluğu 3500 kilometr olan kəmər reallığa çevrilib.
Təbii ki, bu beynəlxalq layihə hər gün daha çox ölkələri əhatə etməkdədir. Bu gün
Azərbaycanın təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni
interkonnektorları vardır. Layihə həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı
məsələlərin coğrafiyasını tamamilə dəyişib. Prezidentin də bildirdiyi kimi on il bundan əvvəl
başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan qürur hissi keçirir.
Həmin müsahibədə bu il noyabr ayında Bakıda keçiriləcək COP29 tədbiri ilə bağlı sual
da cavablandırıldı. Qeyd edildi ki, COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və
məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl
enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə
etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən
bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın
olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik.
Xəzər dənizi hər il getdikcə daha da dayazlaşır. İqlim dəyişiklikləri və onların təhlükəli
fəsadları hiss olunmaqdadır. Belə ki, tədricən çaylarda suyun, dağlarda qarın səviyyəsi
azalır, Xəzər dənizində suyun səviyyəsi aşağı düşür. Ona görə də bu bəşəri təhlükənin
qarşısının alınması üçün birgə səylər görülməlidir.
Ölkəmizin başçısı müsahibəsində vurğulyığ ki, Azərbaycanın bərpaolunan enerji
layihələri gündəliyi çox iddialıdır: « Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına
əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu
mühüm yolu qət etməyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən
maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı
planlaşdırırıq».
Prezident İlham Əliyev müsahibədə onu da bildirib ki, biz nefti inkişafa çevirdik, sərvətin
ədalətli paylanmasını təmin etməyə nail olduq: « Son 20 ildə biz Azərbaycanda yoxsulluğun
səviyyəsini 50 faizdən 5 faizə endirdik. Sizin Bakıda bütün gördükləriniz infrastrukturun
tamamilə yeni inkişafı və insanların həyat səviyyəsinin yaxşılaşmasıdır. Əfsuslar olsun, indi
deyirlər ki, qazıntı yanacağı təhlükəlidir, mənfidir və günah bu ehtiyata sahib olan ölkələrdədir.
Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən insanların
ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə
etdiyimizə görə qiymət verin. Ümidvaram ki, mesajım eşidiləcək».
Göründüyü kimi, Azərbaycan dövləti yeni qlobal hədəflərə istiqamətlənib. Həmin
hədəflərdə bəşəriyyət üçün önəmli layihələrin icrası var. Bu, bir daha göstərirki, ölkəmiz
iqtsadi gücü ilə beynəlxalq aləmin vacib həlqəsinə çevrilməklə dünyaya öz töhvəsini vermək
iqtidarındadır.
Könül Ağayeva,
N.Gəncəvi adına 5 saylı Sabirabad şəhər tam orta məktəbinin müəllimi