KANAL24.AZ
Az Iw En Ru

İqtisadi əlaqələr siyasi əlaqələri də möhkəmləndirir

Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra da dünya dövlətlərinin əksəriyyəti ilə
iki tərəfli, çoxtərəfli münasibətləri genişləndirir. Bu münasibətlər son illərin ən qlobal
problemlərindən biri olan Yaşıl Enerji ilə bağlıdır. Azərbaycan bu istiqamətdə də
təşəbbüskarlıq, icraçılıq missiyalarını uğurla, bəşəri ideallara sədaqətlə davam etdirir. Mart
ayının 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl
Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirildi. Belə bir miqyaslı və
əhəmiyyətli tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də çıxış etdi.
Ölkə başçısı çıxışında Azərbaycanla Albaniya arasında münasibətlərin daha da genişləndiyini
bildirərək qeyd etdi ki, bu iki ölkə müxtəlif sahələrdə fəal əməkdaşlıq edir və olduqca fəal
siyasi dialoq var. Bu dialoq ikitərəfli münasibətlərin həm şaxələnməsində, həm də məzmun
baxımından zənginləşməsində olduqca əhəmiyyətlidir, Albaniya Cənub Qaz Dəhlizi
layihəsinin həyata keçirilməsində çox vacib rol oynayıb və TAP heyətinin üzvü qismində vacib
rol oynayır.
Azərbaycan təbii ehtiyatlarla zəngin öıkədir. Bu baxımdan Azərbaycanla iqtisadi
əlaqələrin genişlənməsi təbiidir. Belə ki, bu bəşəri dövlət Avropa ölkələrinin qaz ehtiyacının
böyük bir hissəsini ödəyir. Bu məqamla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev çıxışında dedi: “Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənir.
Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il
Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz
Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar Avropada mümkün qədər çox məntəqələri əhatə
etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcəkdir”.
Belə tədbirlərdə həm də gələcək faəliyyətin istiqamətləri göstərilir. Azərbaycan bütün
müqavilələrdə həmişə öncüllərdən olub və onun müəyyənləşdirdiyi iqtisadi tezis özünü
həmişə doğruldub. Buna görə də iqtisadi əməkdalıq edən dövlətlər həmişə onun təkliflərini
qəbul edir. Azərbaycan Respublikasının Prezidenti bu çıxışında da fəaliyyətin mahiyyəti
haqqında perspektivlərdən söz açdı: “Ötən il baş verən vacib hadisələrdən biri Xəzər
dənizinin Azərbaycana məxsus sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında təbii
qazın kommersiya hasilatı oldu. Bu “Şahdəniz”dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi
deməkdir. “Abşeron” qaz-kondensat yatağı bizim gələcək şaxələndirmə layihələrimizin resurs
bazasını təşkil edəcək”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həm də bildirdi ki, “Əsas
investorlarımız Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından olan
“ACWA Power” şirkətləridir. Həmçinin digər ölkələrdən olan şirkətlər də bizimlə çalışır. Bizim
bərpaolunan enerji ehtiyatları baxımından nəhəng pontensialımız var, istər Xəzər dənizində,
istərsə də qurudakı potensial olsun. Nəzərdə tutulur ki, “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə
Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olacağıq”...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin martın 1-də Cənub Qaz
Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası
çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışı təkcə iqtisadi əlaqələrin möhkəmlənməsinin
deyil, həm də siyasi əlaqələrin genişləndiyinin təsdiqidir. İqtisadi əlaqələr siyasi əlaqələri də
möhkəmləndirir
Zəminə Əliyeva,
Sabirabad rayonu Çöl Beşdəli bələdiyyəsinin sədri


07:09 06.03.2024