Ötən həftə Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edib. Bakıda,
“Gülüstan” sarayında keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-
cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında qlobal məsələlər
müzakirə olunub. Tədbirin qlobal əhəmiyyəti ondan ibarətdir ki, burada Azərbaycan və Avropa
İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət təmsil olunub. Tədbirdə nazirlər,
nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak ediblər. Toplantıda Prezident
İlham Əliyevin iştirakı və çıxışı Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl enerji sahələrinə,
ümumiyyətlə, qlobal məsələlərə ən yüksək dərəcədə diqqətinin göstəricisidir. Prezident İlham
Əliyev toplantıda bildirib ki, Məşvərət Şurasının ötən illərdəki toplantıları zamanı enerji
təhlükəsizliyi məsələləri həmişə müzakirə olunub: “Azərbaycanın burada mövqeyi hər zaman
ardıcıl olub. Enerji təhlükəsizliyin təmin olunması ölkənin milli təhlükəsizlik məsələsi hesab
olunur”. Məşvərət Şurasının fəliyyəti ilə bağlı keçmişə nəzər saldıqda mühüm nailiyyətlərin
qazanıldığının şahidi oluruq. Bu iclaslar görülən işləri nəzərdən keçirmək və gələcək
addımları planlaşdırmaq baxımından önəmlidir. Cənub Qaz Dəhlizi Məşvərət Şurasına qatılan
ölkələr vahid komanda olaraq çalışırlar. Bütün bunlar da əldə edilən uğurların başlıca
səbəbidir.
Azərbaycan istər regionda, istərsə də beynəlxaq aləmdə enerji təhlükəsizliyi ilə bağlı
görülən işlərə öz töhfəsini verməyə çalışır. Hətta, belə deyək ki, bir çox hallarda bu kimi
sahələrdə aparıcı rol oynayır. Bu baxımdan Cənub Qaz Dəhlizi layihəsini qeyd etmək olar.
Prezident İlham Əliyevin çıxışında dediyi kimi, Azərbaycanın Avropaya qaz təchizatının
coğrafiyası genişlənir: “Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa
ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk
növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar Avropada mümkün qədər çox
məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcəkdir”. Bu cür tarixi
və qlobal əhəmiyyəli layihənin mənbəsi Azərbaycandır. Bu layihənin işə düşməsi ilə
Avropanın böyük miqdarda enerji təhlükəsiyi təmin olununb. Cənub Qaz Dəhlizinin marşurutu
Avropanın Şərqindən Qərbinə kimi uzanmaqda davam edir. Cənab Prezident Azərbaycan
qazının yeni mənbə olduğunu vurğulayıb: “Bu gün Avrasiyadakı geosiyasi vəziyyət
gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Cənub Qaz Dəhlizi tamamilə
yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilib”. Avropa
ölkələri öz qaza olan təminatını məhz bu layihə üzrindən təmin etməyə çalşırlar. Ona görə də
ildən-ilə Cənub Qaz Dəhlizinə qoşulan ölkələrini sayı artır. Elə Prezident İlham Əliyevin iştirakı
ilə bir neçə Avropa ölkəsində interkonnektorların təqdimatları olub.
Cənub Qaz Dəhlizi layihəsinin inşasında Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan,
Albaniya və İtaliya fəal iştirak edib. Ayrıca Azərbaycan Avropa Komissiyası ilə aktiv şəkildə
əməkdaşlıq edib. Nəzər çatdıraq ki, Azərbaycan və Avropa İttifaqı Məşvərət Şurasının
həmsədrləridir və məhsuladar əməkdaşlıq mövcuddur. Bunu toplantıda Avropa İttifaqının
energetika məsələləri üzrə komissarı, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri xanım
Kadri Simson da çıxışda xüsusi qeyd etdi: “Bu gün məhz qaz axını Avropaya Cənub Qaz
Dəhlizindən gedir və 2021-ci illə müqayisədə bu, 46 faiz çoxdur. 2023-cü ildə Avropa İttifaqı
Azərbaycandan 11 milyard kubmetr sabit və təhlükəsiz şəkildə qaz təchizatını qəbul etdi və
Avropa İttifaqının üzv dövlətləri və genişlənməyə namizəd olan ölkələr bu qazın alınmasında
maraqlıdırlar”. Ümümiyyətlə, Azərbaycanı bu nəhəng layihənin tərəfdaşları ABŞ və İngiltərə
də dəstəkləyiblər. Eyni zamanda beynəlxalq şirkətlər də Cənub Qaz Dəhlizi layihəsinə güclü
sadiqlik nümayiş etdiriblər. Layihənin reallaşmasında bu da çox önəmli faktordur. Layihənin
həyata keçirilməsi ilə bağlı şirkətlər böyük bir qrup olaraq çalışıb. Bütün şirkətlər vahid ideya
ətrafında toplaşıblar. Bu baxımdan BP-nin fəaliyyəti xüsusi vurğulanmalıdır. BP Azərbaycanın
strateji tərəfdaşıdır. 30 ildir ki, Azərbaycanda neft və qaz sahəsi ilə bağlı bütün əhəmiyyətli
layihələrdə BP fəallıq göstərir.
Artıq Cənub Qaz Dəhlizinin inşaası başa çatdırılıb. 2020-ci ilin dekabrında Cənub Qaz
Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsi yekunlaşdırılıb. Cənab Prezident Cənub Qaz
Dəhlizi layihəsinin həqiqətən də uğur hekayəsi olduğunu qeyd edib: “Bu, Avrasiyada ən böyük
infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru
kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Cənub Qaz
Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu
layihənin həyata keçirilməsi mümkün olmazdı”. Azərbaycan qazına Avropa ölkələrinin ehtiyacı
artdıqcaq Cənub Qaz Dəhlizinin fəaliyyət arenası genişlənir. Bunun üçün də layihəyə qoşulan
ölkələrin birgə fəaliyyətini davam etdirmələri mühüm əhmiyət kəsb edir.
Tamam Bağırlı,
Sabirabad Dövlət Sosial İqtisadi Kollecinin tələbəsi, fəal gənc