KANAL24.AZ
Az Iw En Ru

Enerji resurslarının inkişafında yeni mərhələ

Cənub Qaz Dəhlizi layihəsi “Əsrin müqaviləsi” kimi Azərbaycanın enerji strategiyasının
uğurlu nəticəsidir
Azərbaycan öz qonşuları, eləcə də tərəfdaşları ilə birlikdə hər zaman uğurlu yerli və
beynəlxalq layihələr həyata keçirir. Cənub Qaz Dəhlizi bu kimi uğurlu beynəlxalq enerji
layihələrindən biridir. Bütün bunlar Azərbaycan üçün bir tarixi nailiyyətdir. Azərbaycan Cənub
Qaz Dəhlizi layihəsi çərçivəsində bir çox dövlətlərlə, o cümlədən Albaniya ilə də fəal
əməkdaşlıq edir. Prezident İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası
çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci
iclaslarında çıxışı zamanı bu haqda da danışıb: “Hər iki ölkə bir-birini beynəlxalq təsisatlarda
dəstəkləyir. Ölkələrimiz enerji təhlükəsizliyi məsələlərində fəal əməkdaşlıq edir. Albaniya
Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində çox vacib rol oynayıb və TAP heyətinin
üzvü qismində vacib rol oynamaqda davam edir”.
Qeyd edək ki, Məşvərət Şurası aktul məsələlərin müzakrə edilməsi və həlli üçün
mühüm platformadır. Görünür, buna görədir ki, bu tədbirdə iştirak edən ölkələrin və
təşkilatların sayı əvvəlkindən artıqdır. Ənənəvi olaraq bu toplantıda da iştirakçılar ideya və
planları müzakirə edib, fikir və təkliflərini irəli sürüblər. Toplantı açılış sessiyasından sonra
işini “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə Nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi
sessiyası: Gələcəyə baxış” və “COP29 fonunda yaşıl enerji sessiyası: Bərpaolunan enerjinin
imkanlarından istifadə” mövzularında plenar sessiyalarla davam etdirib. Həmçinin Məşvərət
Şurası çərçivəsində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan
hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq
haqqında Saziş”in icrası məqsədilə nazirlərin 6-cı iclası və “Dənizdə külək enerjisindən
istifadənin inkişafı” üzrə Azərbaycan-Avropa İttifaqı dəyirmi masası keçirilib. Tədbir
çərçivəsində yaşıl enerji sahəsində sənədlər imzalanıb.
Ölkəmiz enerji resurslarını inkişaf etdirmək işini sürətlə davam etdirir. Neft və qazla
bağlı kəşfiyyat, eləcə də hasilat işləri istiqamətində fəaliyyət ildən-ilə gücləndirilir. “Babək”,
“Abşeron”, “Ümid” kimi yataqlarda təbii qaz ehtiyatı ixracın artırılmasımnda önəmli rol
oynayacq. Dövlətimizin başçısı çıxşında deyib ki, gələn ilin ilk rübündən etibarən “Azəri-Çıraq-
Günəşli” dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatını gözləyirik: “Bu, çox böyük
ehtiyata malik olmaqla ümidverici strukturdur. Uzun illərdir ki, “Azəri-Çıraq-Günəşli” bizim neft
ixracımızın əsas mənbəyidir. İlkin mərhələdə hasilat təqribən yarım milyard kubmetr olacaq,
ancaq bir neçə il ərzində bu rəqəm 3-4 dörd dəfə artacaqdır. Bu “Şahdəniz” və “Abşeron”
yataqlarından hasil ediləcək həcmlərlə yanaşı, yeni mənbə olacaqdır. Bununla yanaşı, bizim
“Ümid” qaz-kondensat yatağının ikinci fazasının işlənilməsi ilə bağlı planlarımız var ki,
potensial olaraq oradan da 3-4 il ərzində 2-3 milyard kubmetr qaz əldə etmək olar”. Bu
yataqlar Xəzər dənizinin Azərbaycana məxsus sektorunda qaz hasilatına çox böyük töhfə
verəcək. Bütün bunlar Azərbaycanın neft-qaz sahəsində hasilat gücünün artırılmasına
əhəmiyyətli dərəcədə təsir göstərəcək.
Hazırda enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizlik məsələsinə çevrilib.
Azərbaycan üçün enerjinin şaxələndirilməsi vacibdir. Eyni zamanda bu məsələ istehlakçı
ölkələr üçün də önəmlidir. Prezident İlham Əliyev Məşvərət Şurasındakı çıxışında
əməkdaşlığın yeni perspektivlərinə diqqət çəkib. Belə ki, dövlətimizin başısının fikrincə,
enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycan-Avropa İttifaqı
əməkdaşlığı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etmişdir. Ölkəmiz bu və digər
sahələrdə əhəmiyyəli əməkdaşlıq formatına nail olub. Burada istehsalçı və istehlakçı ölkələrin
maraqları tam üst-üstə düşüb. Məhz bunun nəticəsində Cənub Qaz Dəhlizi layihəsi effektiv
şəkildə həyata keçirilib.
Göründüyü kimi, Cənub Qaz Dəhlizi enerjinin şaxələndirilməsi baxımdan nəhəng
layihədir. Azərbaycan marşrutları şaxələnidrə bilib, lakin, eyni zamanda mənbələri də
şaxələndirir. Bu ikitərəfli şaxələndirmə cənab Prezidentin düşülümüş enerji siyasətinin
nəticəsində əldə olunub.

Onu da qeyd edək ki, beynəlxalq maliyyə institutları Cənub Qaz Dəhlizi layihəsinin
həyata keçirilməsinə mühüm töhfələr veriblər. Azərbaycan layihəyənin hər dörd seqmentində
– “Şahdəniz”, Cənubi Qafqaz boru kəməri, TANAP və TAP-da iştirak edib. Bunların hamısı
Azərbaycanın layihəyə cəlb olunan ölkələrlə komanda şəklində işləməyinin təzahürüdür.
Cənub Qaz Dəhlizi layihəsi “Əsrin müqaviləsi” kimi Azərbaycanın enerji strategiyasının uğurlu
nəticəsidir.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral
ayından etibarən keçirilir və bu il tədbirin 10 ili tamam olur. Bu toplantı Azərbaycanın birgə
fəaliyyətə, prestpektiv planların qurlmasında nə dərəcədə maraqlı olduğunu göstərir.
Komanda şəklində aparılan iş həmişə müsbət nəticə verir. Azərbaycan bu işdə əhəmiyyətli
irəliləyişə nail olub. Çünki Prezident İlham Əliyevin müdrik siyasətinin ən önəmli cəhəti
hesablanmış maraqlar balansını qorumaqdır.
Seyidabbas Babayev,
Sabirabad RİH başçısının Şıx Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi


21:08 05.03.2024