KANAL24.AZ
Az Iw En Ru

Cənub Qaz Dəhlizinin əhəmiyyəti gündən-günə artır

Martın 1-də Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində
nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında bir
çox digər vacib məsələlərlə yanaşı, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının yeni
perspektivləri də müzakirə olunub. Mötəbər tədbirdə iştirak edən Azərbaycan Prezidenti İlham
Əliyev öz çıxışında qeyd edib ki, ötən dövr ərzində bu əməkdaşlıq enerjinin şaxələndirilməsi
və enerji təhlükəsizliyi məsələlərində yeni təchizat coğrafiyasının yaradılmasına xidmət
etmişdir.
Dövlət başçımız Məşvərət Şurasının bütün toplantılarında müzakirə olunan enerji
təhlükəsizliyi məsələlərində Azərbaycanın mövqeyinin hər zaman ardıcıl olduğunu diqqətə
çatdırıb. Enerji təhlükəsizliyinin təmin olunmasının hər bir ölkənin milli təhlükəsizlik məsələsi
olduğu nəzərə alınmaqla, bu gün Avrasiyada mövcud olan geosiyasi vəziyyət görülən işlərin
son dərəcədə düzgün olduğunu sübut edir. Cənub Qaz Dəhlizinə artıq bir çox marşrutlar üzrə
interkonnektorların əlavə edilməsi də bu layihənin müstəsna əhəmiyyətindən xəbər verir.
Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyasının genişlənməsinin ölkəmizin
iqtisadiyyatı üçün önəmli amil olduğunu qeyd edib. Bu gün Azərbaycan səkkiz ölkəyə qaz
nəql edir və onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş
interkonnektor şəbəkəsinin təməlində də, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsinin durması
Azərbaycanın təşəbbüskarı olduğu layihələrin Avropa İttifaqı ölkələri arasında əməkdaşlığın
inkişafında mühüm rol oynadığını təsdiq edir. Məhz bu səbəbdən də Prezident İlham Əliyev
öz çıxışında Azərbaycanın bundan sonra da interkonnektorlar şəbəkəsinin Avropada daha da
şaxələndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğuladı. Bu gün Azərbaycan
Avropada qaza olan tələbatı ödəmək üçün qaz mənbələrinə də, nəqliyyat marşrutlarına da
sahibdir. Dövlət başçımızın qeyd etdiyi kimi, hazırda Türkiyə vasitəsilə Trans-Balkan boru
kəməri sistemindən istifadə etmək razılığı da əldə olunub. Bu isə şaxələndirmə layihəsi
daxilində növbəti şaxələndirmə deməkdir. Ölkəmizin qaz ehtiyatlarının qiymətləndirilməsi
bunu deməyə əsas verir ki, uzun illərdən bəri Azərbaycanda guya ki, kifayət qədər qaz
olmadığı barədə yayılan şayiələr tamamilə əsassızdır və ölkəmizə qarşı davamlı olaraq
aparılan qərəzli kampaniyanın tərkib hissəsidir.
Azərbaycanın yaşıl enerji sahəsində çalışmalarından bəhs edərək deyib. Məlum
olduğu kimi, 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Öz
çıxışında bu məsələyə ətraflı toxunan cənab Prezident İlham Əliyev bildirdi ki, ölkəmizin
bərpaolunan enerji layihələri yüksək göstəricilər nümayiş etdirir. Azərbaycanın nəhəng
bərpaolunan enerji ehtiyatları ölkəmizin yaxın gələcəkdə “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə
Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından birinə çevrilməsinə imkan verəcək. COP29-
un bu il Azərbaycanda keçirilməsi barədə qəbul edilmiş qərar da ölkəmizin yaşıl gündəliyini bir
daha nümayiş etdirir.
Rahib Fərzəliyev,
Sabirabad rayonu Quruzma kənd sakini, fəal gənc

 


15:05 05.03.2024