Azərbaycanın yeni tarixində mühüm siyasi əhəmiyyəti olan hadisələr arasında Yeni
Azərbaycan Partiyasının yaradılması xüsusi yer tutur. Müstəqilliyimizin bərpasının ilk illərində
yaşananlar ölkəmizi düşdüyü çətin vəziyyətdən xilas edə biləcək bir siyasi qüvvənin
yaradılmasını qarşısıalınmaz tələbə çevirdi. Azərbaycanın gələcək taleyini düşünən insanlar
ölkəni böhrandan çıxara biləcək yeni bir siyasi partiya yaratmaq təşəbbüsü ilə çıxış edərək
bu məqsədlə zəngin dövlətçilik təcrübəsinə malik Liderin, Heydər Əliyev şəxsiyyətinin
ətrafında birləşdilər. Xalq Heydər Əliyev ətrafındakı dönməz və sarsılmaz birliyini siyasi
cəhətdən təşkilatlandırmaq, liderin ölkəyə demokratik yolla rəhbər seçilməsini
qanuniləşdirmək istəyirdi.
Üç il öncə 2021-ci ilin 5 mart tarixində keçirilən Yeni Azərbaycan Partiyasının VII
qurultayı əlamətdar tarixi hadisə, Zəfərimizin yaratdığı reallıqlara uyğun olaraq atılan addım
kimi dəyərləndirildi. Qurultayda ölkə həyatının bütün istiqamətlərində, o cümlədən YAP-ın
qarşısında dayanan vəzifələr diqqətə çatdırılmışdır. Möhtərəm Prezidentimiz, partiyamızın
Sədri cənab İlham Əliyevin vurğuladığı kimi, YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən
böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var: “Həyat dəyişir, zəmanə dəyişir. Bir
daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq
etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında
təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi
işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi
olaraq qalsın.” Cənab İlham Əliyevin bu tövsiyələrini özünün gündəlik fəaliyyətində rəhbər
tutan YAP 30 illik yubileyi ilinə yeniləşmiş formatda qədəmini qoymuşdur.
Son 20 ildə Azərbaycanın Prezident İlham Əliyevin təkmil və uzaqgörən inkişaf
strategiyası nəticəsində qazandığı uğurlar xalqımızın seçimində yanılmadığını təsdiqləyir.
Ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyadakı nüfuzunu daha da artırdı,
regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi
istiqamətində inamlı addımlar atdı. Xüsusilə qürurvericidir ki, bu proses günümüzdə daha
təkmil şəkildə davam etdirilməkdədir.
Azərbaycan dövlətinin daxili və xarici siyasəti sahələrində qazandığı uğurları və 30 illik
torpaq həsrətimizə son qoyulması görülən işlərin, əldə olunan uğurların aydın mənzərəsini
yaradır. Prezident qətiyyəti, rəşadətli ordu, xalq birliyi, ən əsası torpaq, Vətən sevgisi 30 ilin
işğalına 44 gündə son qoydu.
Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursu, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin uğurları
sayəsində bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmizin energetika sektorunda əldə
etdiyi nəticələrin yalnız müəyyən bir hissəsidir.
Vüqar Kərimov,
Sabirabad rayonu, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun
müdiri