Yeni Azərbaycan Partiyasının yaradılması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda
hakimiyyətin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhranın, iqtisadi
tənəzzülün hökm sürdüyü dövrə təsadüf edir. Ölkə daxilində gedən xoşagəlməz proseslər siyasi
çəkişmələr, hakimiyyət uğrunda mübarizə yeni təhdidləri yaratmışdır. Ümidsizlik, cəmiyyətdə hökm
sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması - gənc müstəqil Azərbaycanın
sosial-siyasi mənzərəsini təşkil edirdi. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən
Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində
xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi.
1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı ona müraciət edərək Yeni Azərbaycan Partiyasının
yaradılmasını təklif etmişdi. Ümummilli Lider Heydər Əliyev isə ziyalılara göndərdiyi 1992-ci il 24
oktyabr tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə
razılıq vermişdi. 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan
Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını
qoydu.
Xalqın ümid yeri olan Heydər Əliyevin siyasi meydana qayıdışı isə Azərbaycanı bəlalardan xilas
etdi, onun gələcək uğurlarına yol açdı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq,
dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı.
Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı.
Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki
bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və
fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük
əminlik yarandı.
Ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə böyük hədəfləri məqsəd qoyan partiyanın
yaradılması və ölkəmizi sevən insanların Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan Heydər
Əliyev şəxsiyyəti ətrafında birləşməsi bugünkü Azərbaycanın inkişafında, güclənməsində müstəsna rol
oynamaqla tarixə qızıl hərflərlə yazılıb. Yeni Azərbaycan Partiyasının yaranması müasir Azərbaycan
tarixinin vacib səhifələrindən biridir.
Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin isə tək bir
səbəbi var idi - xalqın partiyanın sədrinə olan sevgisi, inamı. Çünki zaman göstərdi ki, xalq Heydər
Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu.
Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda
inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə
yüksəltdi.Partiyamızın xarici əlaqələri çox genişdir və bu əlaqələr gündən-günə genişlənir. Ölkə
daxilində mövqelər çox möhkəmdir. Partiyamız demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, bütün
yaş qruplarını birləşdirir. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır.
Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Möhtərəm Prezidentimiz İlham
Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiysı böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var.
Bu üzvlərin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında
müstəsna rol oynadılar. Əsası məhz Ulu Öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda
öz müsbət nəticəsini verdi. Ötən il 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi
bütövlüyünü bərpa etdi, torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoydu, xalqımız adını
tarixə qalib xalq kimi yazdırdı.
Şafiq Heydərov,
Sabirabad rayon Suvarma sistemləri idarəsinin rəisi