Ötən həftə Xəzər TV-də Bakının Nizami rayonu Qara Qarayev prospekti 229 ünvanında aaprılan tikinti ilə bağlı süjetin görünməyən tərəfləri barədə maraqlı iddialar var. Bu barədə Mia.az-a verilən məlumata görə, həmin süjetdə şikayətçilərə istinadla oboy satışı ilə məşğul olan sahibkarlardan birinin obyektini genişləndirmək məqsədilə guya qanunsuz söküntü işləri aparıldığı iddia olunub.
Lakin həm Nizami Rayon İcra Hakimiyyəti, həm də Şəhərsalma Komitəsi burada hər hansı qanunsuz tikinti aparılmadığını təsdiqləyib. Ancaq buna baxmayaraq, həm kanal, həm də kanala istinadla saytlar bu xəbəri “Nizamidə qanunsuz tikinti” təqdmatı ilə tirajlayıb.
Maraqlıdır, niyə?!
Mia.az-ın əldə etdiyi məlumata görə, bu məsələnin arxasında əsasən Nizami rayonunda saysız milyonluq obyektləri olan iki qrup arasındakı mal-mülk savaşı dayanır. Belə ki, həmin tikintinin sahibi SOCAR-da yüksək vəzifə tutan Bədəl Bədəlova məxsus olması barədə iddialar var. Əgər Bədəl Bədəlovun SOCAR-ın sabiq rəhbəri, hazırda iqtisadiyyat nazirinin müavini, eyni zamanda, Nizami rayonunun 10 il deputatı olmuş Rövnəq Abdullayevin yaxın dostu olduğunu, bundan əlavə, ötən ilin iyul ayında SOCAR-ın vitse-prezidenti vəzifəsindən azad edilməsini nəzərə alsaq, o zaman “güllə”nin ona niyə və nə üçün atılmasını güman etmək çətin deyil.
İddiaya görə, bu “güllə” rayonda böyük obyektləri olan digər qrup tərəfindən atılıb.
Bu barədə Mia.az-ı məlumatlandıran mənbə deyir ki, həmin kiçik obyektin üzərindən milyonlara sahib olan B.Bədəlovun hədəfə alınmasının başında YAP Nizami rayon təşkilatında əhəmiyyətli gücü olan biznesmenlərdən biri durub: “Ona bu məsələdə Nizami Rayon İcra Hakimiyyətində bir yüksək vəzifəli şəxs də dəstək verir. Burada əsas dava biznes, obyekt sayını daha da artırmaq, eyni zamanda, gələcək siyasi hədəflərə hesablanıb. O adamlar ki, Nizamidə yaşıllıq əraziləri məhv edərək, saysız ticarət, iaşə və digər təyinatlı çoxsaylı obyektlər tikiblər. İndisə, Anadolu ütrkləri demişkən, Nizamidə parsel-parsel ələ keçirilən boş ərazilər bitib deyə Bədəl Bədəlov kimi büdrəyən imkanlı şəxslərə “diş qıcanır”….”
Qeyd edək ki, MİA.AZ bu mövzuda araşdırmanı davam etdirir. Çox yaxın günlərdə R.Abdullayevin yaxın ətrafını hədəfə alanlarla bağlı maraqlı məlumatlar təqidm olunacaq.
Hələlik isə həm Xəzər TV-nin, həm də onunla bağlı digər videomaterialı təqdim edirik:
Azər Fikrətoğlu
MİA.AZ