KANAL24.AZ
Az Iw En Ru

Sabirabad rayonunda Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev ili” çərçivəsində qan vermə aksiyası keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı
sayəsində talassemiya xəstəliyindən əziyyət çəkən xəstə uşaqlara kömək göstərmək,
bu insanların həyatlarını xilas etmə yönündə nəcib təşəbbüslər dövlətimizin uğurlu
siyasətinin əsas istiqamətlərindəndir.
Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev ili” çərçivəsində
Sabirabad Rayon İcra Hakimiyyəti, TƏBİB və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı
ilə Sabirabad rayonunda qanvermə aksiyası keçirilmişdir. Bu məqsədlə Sabirabad
Mərkəzi Rayon Xəsətəxanasının Poliklinika şöbəsində əvvəlcədən hazırlıq işləri
görülərək qan götürülməsi üçün lazımi şərait yaradılmışdır.
Milli Hematologiya və Transfiziologiya İnstitutunun nəzdində fəaliyyət göstərən
Mərkəzi Qan Bankının bir qrup əməkdaşı qanvermə aksiyasını həyata keçirmişdir.
Sabirabad rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri,
ictimaiyyətin və gənclərin nümayəndələri bu aksiyada könüllü surətdə iştirak etmişlər.
Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən
əziyyət çəkən insanlar üçün istifadə olunacaq.


00:40 31.08.2023