KANAL24.AZ
Az Iw En Ru

Sumqayıt şəhərində boş ərazi qalmadığından, binaların arasındakı uşaq əyləncə parklarının da yerləri satışa çıxarılıb. Bu barədə yerli sakinlər JAMAZ.İNFO-a məlumat veriblər. Məlumatda deyilir ki, artıq bir neçə ünvanda uşaq parkları ayrı-ayrı iş adamlarına satılıb. Bu barədə göstərişin isə Sumqayı

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlunun rəhbəri olduğu idarəni iki quruma ayırıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, polkovnik Seymur Qaraşov Fövqəladə Halların Xəbərdar Edilməsi və Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib. Qurum iki hissəyə bölünüb və yerində Fövqəladə Halların Xəbərdar Edilməsi İdarəsi və Daxili Təhlükəsizlik Baş İdarəsi yaradılıb.

Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Seymur Qaraşov Daxili təhlükəsizlik Baş idarəsinin rəisi təyin edilib.

Fövqəladə Halların Xəbərdar Edilməsi İdarəsi və Daxili Təhlükəsizlik Baş İdarəsi sabiq rəisi, polkovnik Sahib Rzayev isə Fövqəladə Halların Xəbərdar Edilməsi İdarəsinin rəisi təyin olunub.

Xatırladaq ki, ötən ay Seymur Qaraşov Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad olunaraq, nazirliyin Fövqəladə Halların Xəbərdar Edilməsi və Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi təyin edilmişdi.

 


01:28 30.08.2023