KANAL24.AZ
Az Iw En Ru

Bir nəfər olsun, təki aksiya olsun, təki qarşıdurma olsun!

Son günlər bəzi sosial şəbəkə hesabları və YouTube kanallarında bir qrup bloger narazı şəxsləri qarayaxma kampaniyasının alətinə çevriblər. Çünki qarşıdurma videolarına daha yaxşı qonorar verilir. Və əsas sədd isə tapşırıq ondan ibarətdir ki, narazı şəxsləri polis əməkdaşları ilə qarşıdurmaya çəkmək, təxribat yaratmaq meylləri daha da artsın. Polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədilir, qarğış edilir, əl-qol hərəkətləri edilir ki, burda da məqsəd aydındır. Hətta dişləyib xəsarət yetirməyə çalışırlar. Bütün bunlara isə bəzək düzək vurularaq bəh-bəhlə sosial şəbəkələrdə paylaşırlar. Hədəflərinin niyə polis olması isə öz legitimliklərinin imitasiyasıdır. Bir nəfər olsun, təki aksiya olsun, təki qarşıdurma olsun! Ən ciddi alətlərdən biri isə qazilərdir.  Təsadüfi deyil ki bu günlərdə Əmək və Əhalinin sosial müdafiəsi nazirliyi qarşısında tək adamlıq aksiya keçirən qazi Zeynalov Ceyhun Mübariz oğlu sosial probleminin olduğunu bildirir və etirazını YouTube yayımlanan Azad Soz kanalı vasitəsilə adiyyatı qurumlara çatdırır. Kifayət qədər də problemindən danışır və əlillik dərəcəsi ala bilmədiyini qeyd edir. Daha sonra nazirlik əməkdaşları ona yaxınlaşırlar ki problemin həlli üçün köməklik etsinlər.  Və bu məqsədlə nazirliyin inzibati binasına dəvət edirlər. O isə bundan imtina edir və aqressiv davranış sərgiləyir. Bundan sonra polis əməkdaşları qazi Ceyhun Zeynalova yaxınlaşırlar və ictimai asayişin pozulmasına görə xəbərdarlıq edirlər. O da aqressiv davranaraq polis əməkdaşlarına müqavimət göstərir. Yumruq atır və digər polis əməkdaşının qolunu dişləyir. Bəs görəsən özünü ifşa edən qazi Zeynalov Ceyhun Mübariz oğlunun məqsədi nədir? Qəbula gəlmisən, dəvət edilirsən, görüşmək istəmirsən. Məqsəd nədir? Əgər istəyin probleminin həllidirsə bu yöntəm uğurlu deyil? Polisi dişləməklə çənəsinə yumruq atmaqla məsələ həll edilmir. Bəlkə də bunu bir yöntəm bilirsiniz ancaq yanılırsınız. Çünki qızışdırıcı və təxribatçı suallarla qarşı-qarşı qalan bəzi qazilərimiz çəkiliş zamanı polisə güc tətbiq etməklə işin tezliklə həll olunmasına inandırılıb. Elə buna görədir ki, çəkiliş zamanı polisə hücum etmək vacib hesab edilir. Və unuduruq ki, bu mənzərə daha sonra ölkəmizə qarşı aqressivlik nümayiş etdirən ölkələrdə manşet xəbərləri kimi paylaşılır. Qalib ölkənin nüfuzuna bu cür ləkə vurmaq utancaqlıq hissindən başqa bir şey deyil. Polisi, hərbiçisi, qazisi də bu məmləkətin övladlarıdır. Onların yumurğu dəmir yumruqdur. Təxribatlara aldanaraq ictimai asayişi pozmaq, polislə vətəndaş arasında narazılıq yaratmaq kimi çirkab oyunlar gec tez öz başlarında çatlayacaq!


01:42 07.07.2023