KANAL24.AZ
Az Iw En Ru

6 saylı cəzaçəkmə müəssisəsində məhkumlara İŞGƏNCƏ VERİLİR? – BU NƏDİ BELƏ?

6 saylı cəzaçəkmə müəssisəsindən yenə xəbər var.
Əvvəlcə qısa xatırlatma edək ki, sosial mediada dəfələrlə məhkum və vətəndaş narazılıqları barəsində materiallar yer alıb.

Bundan əlavə, xatırlayırsınızsa, sözügedən cəzaçəkmə müəssisəsində kobud davranışlar, fiziki işgəncə və təhqirlərdən cana doyan məhkumların bir neçəsinin bir müddət əvvəl hətta intihara cəhd etmələri barəsində də mətbuatda məlumatlar yayımlanmışdı.

Burada məhkumlar döyülməkdən, haqları olan hər şeyi müəyyən ödəniş qarşılığında əldə etməkdən əlavə yetkili şəxslər tərəfindən yuxarıda da qeyd etdiyimiz kimi alçaldılmaqdan, təhqir olunmaqdan gileylənirdilər. Üstəlik Allahümidinə buraxılmış xəstə məhkumlar və ikiqat -üçqat məcburi “rüsum”lar, daha nələr… nələr….

Bu dəfəki narazılıq isə tam başqa bir olayla bağlıdır.

Təsəvvür edin, 6 ilin məhkumuna deyilsin ki, əfv olunmuşam, ailəsinə, yaşlı ata-anasına xəbər verilsin, bütün lazımi sənədlər toplansın, ümidlə o xoşbəxt gün gözlənilsin və….
Nəticədə deyilsin ki, “yox əfvə düşməmisən”…

Sizcə belə olan halda o məhkum və onun ailəsi nə hisslər keçirər?!

Bəli, “DogruXeber.az” informasiya agentliyinə bu dəfəki müraciətdə məhz bu məsələdən bəhs edilir.
Zaqatala rayon Çıxantala kənd sakini Durmuşova Hürü Dəmirçi qızı redaksiyamıza müraciətində bildirir ki, “özüm 69 yaşındayam, həyat yoldaşım 75 yaşında. Oğlum Quliyev Rasim Məmməd oğlu bir şəxslə mübahisə edib və onunla əlbəyaxa olduğuna, mübahisə etdiyi şəxsə yüngül xəsarətlər yetirdiyinə görə 9 il 6 ay azadlıqdan məhrum edilib. Cəzasının 6 il 5 ayını çəkdikdən sonra bizə məlumat verildi ki, yaşlı ata-anasına görə oğlunuz əfvə düşəcək.

Qeyd edim ki, həyat yoldaşımla mən hər ikimiz yaşlı olduğumuz, eyni zamanda həyat yoldaşım da xəstə olduğu üçün bizə baxacaq kimsəmiz yoxdur. Məhz bu səbəblə mən dəfələrlə Cənab prezident İlham Əliyevə, birinci Vitse-prezident Mehriban xanım Əliyevaya, Ədliyyə naziri Fikrət Məmmədova oğlumun azadlığa buraxılması üçün məktublarla müraciət etmişəm.

Nəhayət ki, məktublar gəldi ki, Quliyev Rasim əfvə düşüb. Bununla əlaqədar sahə müvəkkili də bizə gəldi və bildirdi ki, “oğlunuz əfvə düşüb. Buna görə də polis idarəsinə yaşayış yerindən arayış, ailə tərkibi haqqında arayış və xasiyyətnamə təqdim olunmalıdır.
Qeyd edim ki, oğlumun bizə bildirdiyinə görə həbsxanada onun özünə də bu barədə məlumat verilib, hətta xasiyyətnamə üçün oğlumdan “şirinlik” belə alınıb, hətta zərərçəkmişin özündən belə izahat alınmışdı bunun üçün.

Odur ki, bütün bu inandırıcı davranışlar bizdə o qədər sevinc dolu ümid yaratdı ki, bizdən tələb olunan sənədlərin, arayışların hamısını hazırlayıb sahə müvəkkilinə təqdim etdik və həyəcanla başladıq günləri saymağa.

Ölkə başçısı sərəncam verdi, əfvə düşənlər hamısı çıxdı, mənim oğlum çıxmadı. Səbəb soruşuruq, bizə bir cavab da verilmir.

S: Hürü Durmuşovanın müraciəti ilə əlaqədar olaraq, ilk növbədə İnsan Hüquqları üzrə Dövlət Departamenti – Ombudsman aparatı ilə əlaqə saxladıq. Onlar məsələni araşdırıb, sonra cavab verəcəklərini bildirdilər.

Bir neçə gün sonra Ombudsman aparatından redaksiyamıza bildirildi ki, Rasim Quliyevin barəsində 6 davranış nöqsanı olduğuna görə əfvə düşməyib.

Rasim Quliyevin özünün redaksiyamıza bildirdiyinə görə bu hal 2019-cu ilə qədər olub. Lakin, qaydalara görə hər il məhkumun davranışları üçün yeni qeydiyyat aparılır. 2019-cu ildən bəri isə özünün bildirdiyinə görə heç bir nöqsanı olmayıb.

Bundan əlavə biz ombudsman aparatına məlumat verdikdən sonra bizə məlumat verildi ki, Rasim Quliyevi müəssisədə çalışan bəzi səlahiyyətli şəxslər (təqribən)”müəyyən səbəblərə görə əfvə düşməməyimlə razıyam” cümlələri yazılmış vərəqə imza atmasına məcbur ediblər. Lakin, Rasim Quliyev həmin vərəqi imzalamağa etiraz edib və düşməmə səbəbinin bildirilməsini tələb edərək, səlahiyyətli şəxslərə, – “Heçolmasa deyin, səhvimi bilim ki, növbəti dəfə üçün onu düzəldim və bir də təkrar etməyim”, dəyə bildirib. Lakin, onun sözlərinə görə imza atmağa məcbur edən şəxslər onun bu sualına cavab verməyib, əksinə, “sabah saat 10:00-a qədər imzalamasan biz necə imzaladacağımızı bilirik”, cavabı ilə təhdid edilib..

Belə olan halda biz Ədliyyə Nazirliyi yanında Pentensiar xidmətin mətbuat xidməti ilə əlaqə saxladıq. Telefona cavab verən və özünü təqdim etməyən xidmət əməkdaşı hamının əvəzindən danışdıqdan sonra nəhayət ki, fikrimizi anlayıb, telefon nömrəmizi götürdü ki, “mənim cavab vermək səlahiyyətim yoxdur, nömrənizi verin səlahiyyətli şəxs özü sizinlə əlaqə saxlayacaq “. Artıq, ikinci həftədir ki, sözügedən qurum tərəfindən bizimlə əlaqə saxlayıb, məhkumun təhdid edilməsinə və digər şikayətlərinə dair heç bir mövqe bildirən olmayıb.

Qeyd edək ki, sözügedən 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məhəmməd Məmmədovdur.

Bu müəssisədə məhkumların çilləsi bitmir – İnsan hüquqları kobudcasına pozulur // VİDEO
O Məhəmməd Mahmudov ki, Baş nazirin sabiq müavini Abid Şərifovun kürəkənidir və adı bir neçə ay əvvəl gənc oğlunun Şəki rayonundakı böyük istirahət mərkəzi, həmçinin digər bizneslərinin siyahısı ilə mətbuatın gündəminə yer alırdı.

Mövzuya təkrar qayıdacağıq.

Doğru xəbər.az


19:41 03.07.2023