Kanal24.az-ın müsahibi proqressiv şahmat oyununun yaradıcısı Aygün Əliyevadır.
- Aygün xanım, ilk olaraq özünüz haqqında qısa məlumat verərdiz.
- 1987-ci ildə Bakı şəhərində anadan olmuşam. Şahmata uşaqlıdan maraq göstərmişəm. Evdə hər zaman atamla qardaşım şahmat oynayanda oyunu izləyirdim və şahmatın sirlərini tez bir zamanda mənimsəyirdim. Məktəblər arasında keçrilən bir çox yarışmaların qalibi olmuşam. Bu mənim uşaqlıq həvəsim olsa da, hal-hazırda da bu oyunla məşğul oluram. Şahmatla bağlı ilk ixtiram 2013-cü ildə Proqressiv şahmat adı altında həyata keçrildi.
- Necə oldu ki, proqressiv şahmat yaratmaq ideyası yarandı?
- İstədim ki, bu oyun daha maraqlı və qrup şəkilli oyunlardan biri olsun. Bu da iştirakçılar arasında daha çox nəfərin rəqabət aparmasına səbəb olacaqdır.
- Nəyə görə şahmata proqressiv adı vermisiz və bu şahmatın adi şahmatdan əsas fərqi hansılardır?
- Qeyd olunan rənglər hər bir oyunçunun öz rənginə görə pozisiyasını və xasiyyətini əks etdirir. Qırmızı rəngli oyunçu oyunda ilk addımı atır və aqressivliyin göstəricisidir. Sonra sarı rəng oyuna başlayır, əsəbilik və həssaslıq rəmzini daşıyır. Daha sonra yaşıl rəngli oyunçu oyunu davam etdirir, səmimilik və təbiilik mənasını daşıyır.
- Bu oyunun başqa ölkələrdə oxşarı var?
- Xeyr, bu oyun ilk dəfə Azərbaycanda ixtira edilib.
- Oyunun keçrilməsi üçün dövlət sizə dəstək göstərib?
- Bəli, oyunun layihəsi Azərbaycan Gənclər Fondunun keçirdiyi qrand müsabiqəsinin qalibi olub və maliyyə dəstəyi ilə həyata keçirilib.
- Bəs siz oyunu xaricdə inkişaf etdirmək və necə təbliğ etməyiniz barəsində düşünmüsüz?
- Öncə yeni yarandağı üçün Azərbaycanda yetərincə inkişaf etdirmək lazımdır. Daha sonra digər ölkələrdə ixtiraçı ölkə kimi təblig etmək və yaymaq mütləqdir.
Şahidə Tapdıq
"Kanal24"