Oktyabrın 12-də Netanya şəhəri, -Mədəniyyət Mərkəzində “Şuşa yəhudilərin gözü ilə” sənədli filmin təqdimatı keçirilib..
Qeyd edək ki təqdimatdan əvvəl Vətən qurbanlarının ruhları 1 dəqiqəkik sükutla yad edilib.
İki ölkənin İsrail Azərbaycan dövlətlərinin himniləri səsləndirilib.
Vətən Qurbanlarımızın ruhlarına kompozisiya təqdim edilib və ehsan süfrəsi təqdim edilib.
2 il əvvəl, Ermənistanın Gəncə, Bərdə, Xocavənd və digər rayonlarımızda törətdiyi müharibə cinayətləri haqqında, görüntülərlə məlumatlar verilib .
Eyni zamanda işğaldan azad olunmuş Xocavənd rayonunun Edilli kənd ərazisində aşkar edilən kütləvi məzarlıq haqqında məlumatlar verilib.
Səadət Şükürova israilov bildirib ki, biz yəhudi əsilli azərbaycanlılar baş vermiş hadisələrlə bağlı öz səsimizi ,- dünyaya çatdırmaq üçün əlimizdən gələni edirik.
Azərbaycan həqiqətlərini BMT yə, Avropa ittifaqına, Avropa şurasının diqqətinə çatdıraraq, cinayətkarların cəzalanmasını tələb etmişik Biz, İsraildə yaşayan yəhudi əsili azərbaycanlılar, dünya birliyindən bu cür halların təkrarlanmaması naminə beynəlxalq müstəvidə əməli addımlar atılmasını, Ermənistanın revanşizm ideyalarına son qoymasını və sülhə sövq edilməsini tələb edirik”deyə qeyd edib.
Daha sonra “ Şuşa yəhudilərin gözü ilə” sənədli film təqdim olunub.
Bildiyimiz kimi Yəhudilər İsrail-Azərbaycan münasibətlərinin inkişafında və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında aparıcı qüvvədir.
“Şuşa yəhudilərin gözü ilə” sənədli filimdə ,yəhudilərin Şuşada gördüklərini və düşüncələrini sənədləşdirərək iki ölkənin də tarixinə əlavə ediləcək yeni səifədir,- bariz nümunədir!!!
Yəhudi olaraq ,bu filmi çəkib dünya ictimayətinə çatdırılması,- həm fkir,həm dini həm də tolerantlıq ,- ideya baxımından vacib lazım olan dəyərli dostluq prinsiplərinə söykənir
Təqdimatda sənədli filmin iştirakçıları Aziz təşkilatının prezidenti Lev Spivak, jurnalist Reyçel Avraham,və tədbirin qonaqları Azərbaycanın israildə Turizm nümayəndəliyinin rəhbəri Cəmilə Talıbzadə, mədəniyyət mərkəzinin direktoru Yeganə Salman , İsrail Azərbaycan yazarlar birliyinin üzvü Batsion Abramov və İsraildə “ Sevgi “ ansamblının rəhbəri Mark Aqarunov
eləcə də,sənədli flimin ssenari müəllifi və rejissoru Səadət Şükürova İsrailov çıxış ediblər.
Və Tədbirdə tələbə Leyla Vəliyeva Azərbaycan mahnısı ifa edib.
Sevgi ansamblının üzvi Salman Rabayev Kamançada Segah muğamını müşaət edib
Qeyd edək ki tədbiri Məncanə Əhmədova aparıb.