KANAL24.AZ
Az Iw En Ru

Göygölün bələdiyyə sədrinə cinayət işi açıldı - Sənədləri saxtalaşdırıb

Göygöl şəhər bələdiyyəsinin sədri Mikayıl Hacıyevə Göygöl prokurorluğuna edilən şikayət əsasında cinayət işi açılıb. 
Son 10 ildə rayon torpaqlarını talayaraq axırına çıxan, kasıb üçün bir qarış torpaq qoymayan, bələdiyyənin perspektiv fond torpağından özünün və yaxınlarının da xeyrinə yararlanmaqla varlanan adam sənədləri saxtalaşdırıb, vətəndaşa ev tikmək üçün kənd təsərrüfatı təyinatlı torpaq sahəsi sataraq rüsum adı ilə aldığı pulun önəmli hissəsini də mənimsəyib.


17:54 29.01.2022