KANAL24.AZ
Az Iw En Ru

Yaşyarımlıq Zəhra Quliyeva faciəsindən dörd il ötür — FOTO

Bu gün erməni vandalizminin qurbanı olan balaca Zəhra Quliyeva faciəsindən 4 il ötür

2017-ci ilin bugünkü tarixində Füzuli rayonunun Alxanlı kənd sakinləri 2016-cı il təvəllüdlü Zəhra və 1967-ci il təvəllüdlü nənəsi Sahibə Quliyeva Ermənistan silahlı qüvvələrinin minaatan və qumbaraatanlardan atəşi nəticəsində qətlə yetirilmişdi.

Həmin gün Alxanlı kəndinin digər sakinləri kimi 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı və nənəsi 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı da olacaqlardan xəbərsiz idilər.

Axşam saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhali atəşə tutulur. Həmin gün yaşayış evlərinin atəşə tutulması nəticəsində sakinlər arasında ölənlər və yaralananlar olub.

Düşmən hücumunun qurbanlarından biri də hələ yeni-yeni ayaqları üzərində dayanmağa başlayan 18 aylıq Zəhra Quliyeva olub.

2 yaşlı körpəyə dəyən həmin qəlpələr nəinki Quliyevlər ailəsinə, eləcə də bütün azərbaycanlıların qəlbinə od saldı


18:13 04.07.2021