KANAL24.AZ
Az Iw En Ru

HP şirkəti Azərbaycanda təhsil mərkəzi yaradır

HP (Hewlett-Packard) şirkəti Azərbaycanda təhsil mərkəzi yaradır.

“HP Azerbaijan” nümayəndəliyindən verilən məlumata görə, mərkəz geniş profilli informasiya texnologiyaları üzrə mütəxəssislər hazırlayacaq. Mərkəzin açılacağı vaxt hələlik müəyyənləşdirilməyib.

Dünyanın 170-dən çox ölkəsində fəaliyyət göstərən HP şirkətinin Azərbaycanda nümayəndəliyi 2004-cü ildə fəaliyyətə başlayıb. Şirkət ölkəmizdə informasiya texnologiyaları sahəsi üzrə həyata keçirilən bir sıra layihələrdə uğurla iştirak edir. HP tərəfindən Azərbaycan bazarına çıxarılan məhsullar və həllər portfelinə printerlər, fərdi kompyuterlər, proqram təminatı, informasiya texnologiyaları həlləri və xidmətləri daxildir.


23:52 11.01.2016