KANAL24.AZ
Az Iw En Ru

Hava necə olacaq?

Yanvarın 12-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Kanal24-ə verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 7-15, Bakıda gecə 3-5 isti, gündüz 9-11 dərəcə isti olacaq.
 
Yanvarın 12-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, Qərb küləyi əsəcək.
 
Havanın temperaturu Aran rayonlarında gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 isti, dağlarda gecə 0-5 şaxta, yüksək dağlıq ərazilərdə 6-11 şaxta, gündüz 4-9 isti olacağı gözlənilir.

19:58 11.01.2016
Xəbər lenti
Bütün xəbərlər