KANAL24.AZ
Az Iw En Ru

Dərsliklərin monitorinqinə dair seminarlar başlanacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ümumtəhsil fənləri üzrə dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin elmi-metodik monitorinqinə dair seminarlar yanvarın 11-dən fəaliyyətə başlayacaq.

TQDK-dan Kanal24-ə bildiriblər ki, seminarlarda ümumi təhsil səviyyəsinin VI və VIII siniflərində istifadədə olan dərslik dəstlərinin müzakirəsi aparılacaq.

TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Göyçay, Ağcabədi və Şirvan regional bölmələri ilə “Skype” proqramı vasitəsilə bağlantı qurulacaq.

Seminarlarda iştirak etmək istəyənlər TQDK-nın ümumtəhsil fənləri üzrə dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin monitorinqi şöbəsinə, bölgələrdə isə Komissiyanın regional bölmələrinə müraciət etməklə qeydiyyatdan keçməlidirlər.

Elmi-metodik seminarların iş qrafiki TQDK-nın rəsmi internet saytında verilib.


03:45 06.01.2016
Xəbər lenti
Bütün xəbərlər