KANAL24.AZ
Az Iw En Ru

"Yeni Yurd" təşkilatı sağlamlıq imkanları məhdud gəncləri təbrik etdi

"Yeni Yurd" təşkilatı sağlamlıq imkanları məhdud gəncləri təbrik etdi

Kanal24 xəbər verir ki, dekabrın 26-da Yeni Yurd Sosial İnkişaf İctimai Birliyinin üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan, Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində sağlamlıq imkanları məhdud olan gənclərlə görüşüblər.

Təşkilat tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilbayramları münasibətilə bayram şənliyi təşkil edilib.

Görüşdə çıxış edən "Yeni Yurd" təşkilatının sədri Mahirə xanım Əsədova sağlamlıq imkanları məhdud gəncləri gəlişinə sayılı günlər qalan Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramları münasibətilə təbrik edib.

"Yeni Yurd" təşkilatı tərəfindən təşkil edilən bayram konsertində tanınmış müğənni Samir Salamın ifasında mahnılar səsləndirilib.

Bayram tədbirindən çəkilən fotoları təqdim edirik:

 
Kanal Iyirmi Dord Ehmedov adlı birinin şəkli.
Kanal Iyirmi Dord Ehmedov adlı birinin şəkli.
Kanal Iyirmi Dord Ehmedov adlı birinin şəkli.
Kanal Iyirmi Dord Ehmedov adlı birinin şəkli.
Kanal Iyirmi Dord Ehmedov adlı birinin şəkli.
 
 

06:36 27.12.2015