KANAL24.AZ
Az Iw En Ru

AMEA-nın İdarəetmə Sistemləri İnstitutu hesabat verib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun illik fəaliyyətinə həsr olunan hesabat yığıncağı keçirilib.

AMEA-dan Kanal24-ə bildiriblər ki, institutun illik hesabatını bu elm müəssisəsinin direktoru, akademik Telman Əliyev təqdim edib.

T.Əliyev qeyd edib ki, institutda elmi- tədqiqat işləri informasiya- telekommunikasiya sistemlərinin, həmçinin riyazi modelləşdirmə, idarəetmə və avtomatlaşdırmanın nəzəri və tətbiqi problemləri üzrə aparılıb.

Direktor il ərzində iki monoqrafiya, dörd kitab və bir dərslik, 331 elmi əsər və 124-ü xaricdə olmaqla, 203 məqalənin çap olunduğunu bildirib.


01:15 26.12.2015