KANAL24.AZ
Az Iw En Ru

Əhaliyə 1140,5 milyon manatlıq xidmət

Bu ilin yanvar-sentyabr aylarında informasiya və rabitə sektorunda təsərrüfat subyektlərinə və əhaliyə 1140,5 milyon manatlıq və ya 2013-cü ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 12,6 faiz çox xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən Kanal24.az-a bildirilib ki, xidmətlərdən əldə olunmuş gəlirlərin 58,8 faizi mobil telefon rabitəsinin payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 7,3 faiz artaraq 671,1 milyon manat təşkil edib.


17:50 29.10.2014
Xəbər lenti
Bütün xəbərlər