KANAL24.AZ
Az Iw En Ru

Maşallah Əhmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçildi

"Neftçi" futbol klubunun keçmiş futbolçusu Maşallah Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, keçmiş futbolçu şəxslərin etimadından istifadə etməklə pullarını mənimsəməkdə günahlandırılaraq, dekabrın 14-də Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.


17:24 17.12.2015