KANAL24.AZ
Az Iw En Ru

Nazir: Azərbaycan öz Ordusunu bütün döyüş sursatları ilə tam təchiz edir

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Ordunu bütün döyüş sursatları ilə tam təchiz edə bilir. Kanal24-ün məlumatına görə, bunu jurnalistlərə Müdafiə sənayesi naziri Yavər Camalov deyib.

Y.Camalov bildirib ki, iri layihələr, məsələn, tank, vertolyot istehsalı isə iqtisadi cəhətdən səmərəli deyil: “Tutaq ki, 300-350 tank lazımdırsa və bu, 100-150 milyon dollar vəsait tələb edirsə, biz bunun istehsalına niyə 5 milyard pul xərcləməliyik?! Amma perspektivdə bu məsələlərə də baxılacaq”.


17:58 17.12.2015