KANAL24.AZ
Az Iw En Ru

Həkimlərin nəzərinə - İmtahan prosesi asanlaşır

Tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanı, gələn ilin yanvarın 1-dən etibarən bir mərhələdə aparılacaq.

Azərbaycanda imtahan suallarının test hissəsi informasiya texnologiyaları və xüsusi optik cihazlar vasitəsilə oxunur.

İmtahan suallarının klinik tapşırıq hissəsi sertifikasiyaya cəlb edilən səhiyyə mütəxəssisinin ixtisasına aid, habelə onun praktiki bilik səviyyəsi və peşə vərdişlərini müəyyən edən 5 klinik tapşırıqdan ibarət olur və sual vərəqəsində qeyd edilir. İmtahan suallarının test hissəsi üzrə 40 bal, klinik tapşırıq hissəsi üzrə isə 16 bal toplayan şəxslər sertifikasiyadan keçmiş hesab olunacaqlar.


23:14 15.12.2015