KANAL24.AZ
Az Iw En Ru

Yazıçılar Birliyində Ədalət Əsgəroğlunun anım mərasimi keçirilib

Azərbaycan Yazıçılar Birliyində şair, qurumun mətbuat xidmətinin keçmiş rəhbəri Ədalət Əsgəroğlunun anım mərasimi keçirilib. Qeyd edək ki, yığıncaq mərhum şairin ölümünün il dönümü münasibətilə təşkil olunub. 
Kanal24 xəbər verir ki, AYB sədri Anar və başqa rəsmi şəxslərin təşəbbüsü ilə keçirilən tədbirdə qurumun katibi İlqar Fəhmi, Qulu Ağsəs, Xəyal Rza, Dayandur Sevgin, Qəşəm Nəcəfzadə, İntiqam Qasımzadə, Oqtay Əli çıxış edərək mərhum barədə təəssürat və xatirələrini bölüşüblər. Tədbirdə mərhumun ailə üzvləri də iştirak ediblər.


14:35 02.10.2014