KANAL24.AZ
Az Iw En Ru

"Neftçi" Lənkərandan qələbə ilə gəlir

Bu gün Azərbaycan Premyer Liqasının 13-cü turunda "Xəzər Lənkəran" doğma meydanda "Neftçi"ni qəbul edib.

Oyunun birinci hissəsində azarkeşlər qol görməyiblər. Hesabı 60-cı dəqiqədə qonaqlar açıb - Elşən Abdullayev fərqlənib.

75-ci dəqiqədə Fəhmin Muradbəyli hesab fərqini artırıb - 0:2. Oyun elə bu hesabla da başa çatıb.

Beləliklə, 13 oyundan sonra "Neftçi" 16 xalla 6-cı, "Xəzər Lənkəran" isə 12 xalla 8-ci pillədədir.


03:07 23.11.2015
Xəbər lenti
Bütün xəbərlər