KANAL24.AZ
Az Iw En Ru

DİN-dən azarkeşlərə qadağa

Fransa Futbol Federasiyası Parisdə baş vermiş terror hadisəsinə görə azarkeşləri üzəcək bir qərar qəbul edib.

Bundan sonra səfər komandasının azarkeşləri tribunalara buraxılmayacaq. Qurum bu qərarı Fransa Daxili İşlər Nazirliyinin təkidi ilə qəbul edib.

Nazirlik təhlükəsizliyi tam təmin edə bilmək üçün yalnız ev sahibi komandanın azarkeşlərinin stadiona buraxılmasına icazə verib./“Qafqazinfo”/


23:51 20.11.2015