KANAL24.AZ
Az Iw En Ru

Mutko: Bizə iki qol vuran azərbaycanlı yaşca böyük idi

“O sadəcə çiyinləri ilə bizim futbolçuları kənara atdı”.

Rusiyada bu ölkənin gənclərdən ibarət yığmasının Bakıda Azərbaycana məğlub olmasının (0:3) müzakirələri davam edir.

Kanal24 Sport-Ekspress-ə istinadən xəbər verir ki, Rusiya Futbol İttifaqının prezidenti Vitaliy Mutko hesab edir ki, məğlubiyyətin əsas səbəblərindən biri Azərbaycan futbolçularının yaşca rusiyalı futbolçulardan böyük olmasıdır.

“Mən hələ dəqiq deyə bilmərəm, biz hər şeyi müzakirə edəcəyik. Bizim komandamız öz vəzifəsi ilə bacarmadı - bu faktdır. Potensialımız var. Niyə öz klublarında əsas heyətdə oynayan futbolçular milliyə cəlb edilmir? Mən razıyam, nəaliyyətləri olan gənclərə üstünlük vermək olar, lakin onlar yaşca kiçikdilər. Biz Azərbaycana uduzduq... Açıq-aydın görünürdü ki qapımıza iki qol vuran oğlan (Azərbaycan yığmasının futbolçusu Kərəm Benke - red.) yaşca böyükdür: o cərimə meydançasında bizim futbolçuları sadəcə çiyinləri ilə kənara atdı”, - Mutko deyib.


06:30 20.11.2015
Xəbər lenti
Bütün xəbərlər