KANAL24.AZ
Az Iw En Ru

“Qəbələ” Türkiyədən azarkeş transfer edib

Keçən mövsüm Premyer Liqada yaxşı nəticə göstərən və Avroliqada da adından söz etdirən "Qəbələ" azarkeş məsələsini də diqqətdə saxlayır.

Kanal24 xəbər verir ki, "Qəbələ"nin rəhbərliyi yerli azarkeşlərə hazırlıq keçmək üçün, Türkiyədən 15 təcrübəli fanat cəlb edib. Bu barədə Türkiyə mediasında məlumat yayılıb.

Cəlb olunan fanatların rəhbəri Sədat Özdəmir məsələ haqqında bunları deyib: "Bizi "Qəbələ" rəhbərliyi Azərbaycana çağırıb. Hər həftə biz ora gedib "Qəbələ"ni dəstəkləyirik. Yerli azarkeşlərə müxtəlif şüarlar səsləndirməyi öyrədirik. Bizim üçün hər bir şərait yaradılıb ki, çətinliyimiz olmasın".


18:37 20.11.2015