KANAL24.AZ
Az Iw En Ru

Prosineçki: U-21 və U-19 komandalarında yığmanın sıralarını möhkəmləndirəcək futbolçu yoxdur

“Son oyunlar xoş təəssüratlar yaratmır”.

Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi Robert Prosineçki milli komandanın bugünkü açıq məşqindən öncə jurnalistlərin suallarını cavablandırıb. 

“Bizim xəsarət alan oyunçularımız var, ona görə də Moldova ilə matçda yığma üçün daha öncə oynamayan və yaxud da nadir hallarda oynayan futbolçular meydana çıxacaq. Əslində mən onlara şans verməyi planlaşdırırdım.

Mən oyunları yoldaşlıq və seçmə oyunlara bölmürəm. Hər bir matç vacibdir. Hər oyunda qələbə qazanmaq istəyirəm. Moldova ilə görüşdə yaxşı oyun göstərmək və yaxşı nəticələrə nail olmaq istəyirik. 

Gənclərdən və yeniyetmələrdən ibarət yığmaların son oyunları xoş təəssüratlar yaratmır. Mən düşünürəm ki, belə oyundan və belə nəticələrdən heç kim razı qala bilməz. Nə U-21, nə də ki, U-19 komandalarında yığmanın sıralarını möhkəmləndirəcək futbolçu var.

Nəyə görə təlimlərdə Eddi İsrafilov yoxdur? Mənə “Eybar”dan müraciət etdilər və onu yığmaya dəvət etməməyimi xahiş etdilər.

Mən sevinirəm ki, bizim La-Liqa klubu uğrunda oynayan futbolçularımız var. Son oyunda o, meydana çıxdı, bu, sevindirici haldır. Eddi “Eybar”ın start tərkibində yerini möhkəmləndirməlidir. Ona görə də ispan klubuna qarşı addım atdım. Əgər İsrafilovun oyun təcrübəsi olarsa, o, Azərbaycan yığması üçün daha faydalı olacaq”.


01:58 14.11.2015
Xəbər lenti
Bütün xəbərlər