Xalq artisti Brilliant Dadaşova səhnə ilə vidalaşıb.
Kanal24 xəbər verir ki, bu haqda gecce.az informasiya yayıb. Xəbərdə bildirilir ki, Brilliant Dadaşova həmişəlik səhnədən uzaqlaşıb: “Depressiyadadır, ona görə də bir az dincəlmək istəyir. Sənətdən getmək səbəbini isə heç kimə bildirmir. Hətta yaxın dostlarına belə bunu bəlli etməyib" - deyə bildiriblər.
B. Dadaşova sayta yaxın günlərdə bu haqda açıqlama verəcəyini bildirib.