KANAL24.AZ
Az Iw En Ru

İlin ən dəbli cütlüyü - belə geyinir

İlin ən yaxşı geyinən cütlüklərinin siyahısında ilk pillədə dünya şöhrətli aktyor Corc Kluni  və vəkil həyat yoldaşı Amal Alamuddin qərarlaşıb.

Ulduz cütlük nəinki bir-birlərinə olan sevgiləri ilə, elə geyimləri ilə də hər yerdə diqqətləri öz üzərlərinə çəkməyi bacarırlar.

Bu il münasibətlərini rəsmiləşdirən aktyor Conni Depp və aktrisa Ember Herd cütlüyü  yaraşıqlı və gözəl olmaqla yanaşı özünəməxsus zövqləri ilə də qatıldıqları hər tədbirdə göz oxşamağı bacarırlar.  Elə buna görə də ən dəbli cütlük kimi adlarını siyahıya yazdıra biliblər.

Ən yaxşı geyinən cütlüklər sırasında Beyons və Cey Zi-nin də adı var. Dünyanın ən çox qazanan cütülüyü daha çox hip-hop tərzində geyinməyə üstünlük verir.

Qeyd edək ki, ən yaxşı geyinən cütlükləri sırasında Metyu MakKonahi və Kamilla Alves, Krissi Teyqen və Con Lecend, Oliviya Palermo və Yohannes Hyubl, Nikol Kidman və Kit Urban, Rayan Svitinq və keyli Kuoko, Kira Naytli və Ceyms Rayton,  Rayan Reynolds və Bleyk Layvli kimi ulduzlar da yer alıb.

 

 
 
 
 

19:46 06.11.2015