KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda təhlükəli virus yayılıb - Necə qorunaq?

Hərarət yüksəlir, baş ağrısı, ürəkbulanma, halsızlıq yaranır, öskürək, asqırmaq ara vermir, iştahasızlıqdan əziyyət çəkir.

Havalar soyuyandan bəri bu cür əlamətlərlə günlərlə başını yastıqdan qaldırmayan, hətta evdə müalicəsinin effekt vermədiyini görüb həkimə müraciət edənlərin sayı kifayət qədərdir.

İlkin əlamətləri qripə bənzədiyindən, çoxları bu xəstəliyə türkəçarə müalicə yolu ilə qalib gəlməyə üstünlük versə də, ağırlaşmalar sonda xəstələri iynə-dərmana üz tutmağa vadar edir. Yaşlı insanlarda, uşaqlarda isə xəstəlik özünü daha ağır formada büruzə verir. Virus, soyuqdəymə tənəffüs yollarını zədələdiyindən iltihabi proses başlayır. Bu zaman hərarətin qalxması, boğaz ağrıları, nəfəs almaqda çətinlik baş verir.

 


01:16 24.10.2015