KANAL24.AZ
Az Iw En Ru

Zərifliyin keşiyində BÖYÜK DAYAQ

Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Heydər Əliyev və Qadın Siyasəti mövzusunda tədbir və Zərifliyin Keşiyində Böyük Dayaq filmi nümayiş edildi.

Qısa metrajlı filmin təqdimat mərasimində Azərbaycan Respublikasının xanım millət vəkilləri Məlahət İbrahimqızı, Jalə Əliyeva, Gövhər Baxşəliyeva və digər xanım millət vəkilləri, həmçinin Fəxriyyə Xələfova da iştirak edirdilər. Film xüsusi ilə ulu öndər Heydə Əliyevin xatirinə həsr olunmuşdur. Film Azərbaycanın ictimai-siyasi həyatında, müasir Azərbaycan Respublikasının müstəqil olmasında əsas rolu olan ulu öndər Heydər Əliyevin Azərbaycan uğrunda gördüyü işlərdən bəhs edirdi. Layihənin müəllifi Mahirə Əsədova Azərbaycan xanımının tarixdə misilsiz iz qoyduğunu söylədi. Ulu öndər Heydər Əliyev Azərbaycan xanımının peşəsindən asılı olmayaraq onların gördüyü işləri yüksək qiymətləndirirdi. Filmdə əsasən Azərbaycanın xanım millət vəkilləri və Fəxriyyə Xələfova ümummilli liderlə bağlı xoş xatirələrədən söhbət açdılar. Keçmiş SSR i dövründə Azərbaycan qadınına göstərilən qayğının, diqqətin əsas səbəbi qadınların əməyinin dövlət başçısının nəzərindən yayınmamasıdır. Buna görə də SSR -i dövründə bir çox Azərbaycan qadınları pedaqoq adına layiq görülmüşlər. Bunların hamsı ölkə rəhbərinin yeritdiyi məqsədyünlü siyasət nəticəsində mümkün olmuşdu. Ulu öndər Heydər Əliyev istənilən sahədə qadınları irəli çəkmişdir. Onlara dəstək olmuşdu. Məhz müasir dövrdə qadınların kişilərlə bərabər hüquqlu olması, müstəqillik qazandıqdan sonra qadınlara hörmət və diqqətin artdığını xüsusi ilə qeyd edildi. Ümummilli lider Heydər Əliyev əbədi sevgisi, həyat yoldaşı Zərifə Əliyevaya qarşı məhəbbəti sonsuz idi. Onun həyat yoldaşına, xanımına ailəsinə olan ehtiramı, sevgisini daim büruzə veribdi. Hər bir böyük şəxsiyyətin arxasında böyük qadın dayanır. Modelyer Fəxriyyə Xələfova ulu öndərlə bağlı xatirləri yada salarkən onun foto sənətinə olan vurğunluğundan da bəhs etdi. Çıxışlardan sonra film nümayiş edildi. 


23:51 11.05.2011
Xəbər lenti
Bütün xəbərlər