KANAL24.AZ
Az Iw En Ru

“Yeni Yurd”Sosial İnkişaf ictimai birliyi tədbirlərə start verdi

Azərbaycan Respublikası “Yeni Yurd”Sosial İnkişaf ictimai birliyi 2005-ci il avqustun 12-də dövlət qeydiyyatına alınıb.Məqsədi qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsini mövcud qanunvericilik çərçivəsində həyata keçirməkdən ibarətdir.
Ötən il Birliyin sədri,Laçın rayonundan məcburi köçkün,şəhid atası Sədrəddin Cabbarov dünyasını dəyişib. Bu səbəbdən, Mahirə xanım Əsədova 2014-cü il yanvar ayının 25-dən etibarən “Yeni Yurd”Sosial İnkişaf ictimai birliyinə rəhbər seçilib.O, bu vəzifəyə seçilənədək, “Azərbaycan qadını” layihəsinin rəhbəri kimi, Dünya şöhrətli siyasətçi Heydər Əliyevin geniş və əhatəli məruzəsindən yaranmış “Azərbaycan qadını” kitabını nəşr etdirmiş, Ulu Öndərin şərəfli ömür yolundan bəhs edən “Mən, Azərbaycanlıyam!”sənədli filmini və “Zərifliyin keşiyində-Böyük dayaq”filmini hazırlatmışdır. 2013-cü ilin dekabrında Ümummilli Liderimizin anım mərasimini Türkiyənin Ankara şəhərindəkeçirmişdir.
M.Əsədovanın təşəbbüsü və təşkilatçılığıyla bu il tanınmış tarixçi Nazim Tapdıqoğlunun qələmə aldığı və işğal edilmiş torpaqlarımızın taleyindən bəhs edən “Faciələrimizin təqvim izləri” kitabını (1424 səh.) nəşr edilib.Türkiyə və Azərbaycan dövlətlərinin qardaşlığından,dostluğundan bəhs edən “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!” sənədli filmi istehsal olunub.Filmin ssenari müəllifi Zərnişan İnqilabqızı, rejissoru Elşən Zeynallıdır. İctimai təşkilat olaraq, xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin və Xocalı soyqırımının ildönümlərini, 31 mart- Dünya Azərbaycanlılarının Soyqırım gününümütəmadi olaraq qeyd etmişik. Bu ilin mayında Ümummilli Lider,Dünya şöhrətli siyasətçi H.Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Bakıdakı Alov Qüllələri kompleksində möhtəşəm tədbir keçirdik. Türkiyədən gəlmiş çox hörmətli qonaqlar,ölkəmizin tanınmış ziyalıları bu tədbirdə iştirak və çıxış etdilər.Onların Quba Soyqırım Məzarlığı kompleksinə ziyarətlərini təşkil etdik.
Birliyin İcraçı Direktoru Şamil Sabiroğlunun verdiyi məlumata görə, təşkilatın fəalları 2014-cü il sentyabrın 15-də Bakının erməni işğalından azad edilməsinin növbəti ildönümünü böyük təntənə ilə qeyd edəcəklər. Həmin gün Ümummilli Lider H.Əliyevin məzarı, Şəhidlər xiyabanı və Türk Şəhidliyi kompleksi ziyarət olunacaq. Daha sonra tədbir “Bakı Əyləncə Mərkəzi”nin Elizazalında davam etdiriləcək. Həmin gün,saat 18:00-da Çanaqqala barədə çəkdirdiyimiz “Torpaq,uğrunda ölən varsa,Vətəndir!” adlı sənədli filmin təqdimatı olacaq.Filmin çəkilişləri ölkəmizdə və Türkiyədə aparılıb.Təqdimat mərasimində iştirak etmək məqsədilə Türkiyənin bir qrup ziyalısı,habelə, QHT (Dərnək) rəhbəri Azərbaycana gələcək.Biz,onları Ağdam rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə də görüşdürəcəyik.
Bundan başqa, Müdafiə Nazirliyinin Ağdam bölgəsindəki “N” saylı hərbi hissələrində şəxsi heyətlə görüş keçirilməsi, bədii özfəaliyyət kollektivlərinin maraqlı konsert proqramı ilə çıxışı, M.Əsədovanın təşkilatçılığı və maliyyə dəstəyilə Ağdam rayonunun Əhmədağalı kəndində qazılmış Artezian quyusunun istifadəyə verilməsi də nəzərdə tutulur.
 
 
 
 
 
 

02:41 16.09.2014