KANAL24.AZ
Az Iw En Ru

Gözlər barədə bilmədiyimiz 12 gerçək

Gözlər insan orqanizminin ən təsirli və cazibədar hissələrindən biridir. Ona bəzən qəlbin aynası da deyirlər, haqqında şeirlər yazılıb, mahnılar bəstələnib. Lakin bizlərin gözlər haqqında nə qədər məlumatımız var?

Trend “Sputnik”a istinadən gözlər haqqında bu və digər məlumatları sizlərə təqdim edir.

1. Qonur gözlər əslində mavi rəngdədir, sadəcə qəhvəyi piqmentlərlə örtülü olur. Hətta qonur gözləri ömürlük maviyə çevirəcək xüsusi lazer proseduru da var.

2. Kişilərin 1/12-i daltonikdir.

3. Gözlər ömür boyu eyni ölçüdə qalır, burun və qulaq isə inkişaf etməkdən dayanmır.

4. Gözün buynuz təbəqəsi köpək balığındakına o qədər bənzəyir ki, sonunculardan bəzən göz əməliyyatlarında əvəzedici kimi istifadə olunur.

5. Orta hesabla biz ömür boyu 24 milyon müxtəlif təsvirləri görürük.

6. Gözlər hər saatda beynə çoxlu sayda informasiya ötürür. Bu kanalın ötürücü xüsusiyyətini nəhəng şəhərlərin internet provayderləri ilə müqayisə etmək olar.

7. Gözlərimiz saniyədə 50 predmetə fokuslanır.

8. Mayalılar çəpgözlüyü cazibədarlıq simvolu hesab edirdilər. Bu səbəbdən onlar övladlarının çəpgöz olması üçün əllərindən gələni edirdilər.

9. Adi göz testi ilə 98,3 faiz şizofrenliyi müəyyən etmək olar.

10. İnsanlar və itlər digərlərinin gözündə ifadə oxuyan yeganə canlılardır. İtlər bu xüsusiyyətdən insanlarla ünsiyyət üçün istifadə edirlər.

11. Təqribən 2 faiz qadında gözlərin genetik mutasiyası nəticəsində 100 milyon rəng görə bilirlər.

12. Kosmonavtlar qravitasiyaya görə kosmosda ağlaya bilmirlər. Çünki göz yaşları kiçik diyircəyə çevrilir və gözü göynədir.


07:59 20.10.2015