KANAL24.AZ
Az Iw En Ru

Bu il Azərbaycanda 1970 əkiz, 63 üçəm uşaq dünyaya göz açıb

Bu il Azərbaycanda 1970 əkiz, 63 üçəm uşaq dünyaya göz açıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu il yanvar-avqust ayları ərzində Azərbaycanda 109,0 min körpə dünyaya göz açıb. Əhalinin hər 1000 nəfər hesabı ilə bu göstərici 17,2-dir. Doğulan körpələrin 53,2 faizini oğlanlar, 46,8 faizini qızlar təşkil edib.

Komitənin məlumatına görə, Azərbaycanda bu il əhalinin sayı 73 min nəfər və 0,8 faiz artaraq 9 milyon 666 min nəfərə çatıb.

Bu il sentyabrın 1-ə olan məlumata əsasən, əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfərdir.

Hazırda hər 1000 nəfər kişiyə 1009 qadın düşür. Əhalinin 49,8 faizi kişilərdən, 50,2 faizi isə qadınlardan ibarətdir. Ümumi əhali arasında şəhər əhalisinin xüsusi çəkisi 53,1 faiz, kənd əhalisinin xüsusi çəkisi isə 46,9 faiz təşkil edir.

Bu ilin 8 ayı ərzində Azərbaycanda 37,2 min ölüm halı qeydə alınıb. Ötən ilin müvafıq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm səviyyəsi dəyişməyərək eyni səviyyədə qalıb.

Bu il 43,9 min nikah qeydə alınıb. Bu ilin müvafiq dövrü ərzində ölkədə rəsmi orqanlar tərəfindən 8,6 min boşanma halı qeydə alınıb. Əvvəlki ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə boşanmaların sayı 1,4-dən 1,3-ə qədər azalıb.

Bu ilin 8 ayı ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili işlər Nazirliyinin müvafıq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1808 nəfər gələn və 688 nəfər ölkədən gedən qeydə alınıb.


17:34 16.10.2015