KANAL24.AZ
Az Iw En Ru

Kredit almaq istəyən tələbələr üçün şad xəbər: yeni fond yaradılır

Azərbaycanda ali məktəblərin tələbələrinin kredit ala bilməsi üçün yeni fond yaradılır.

Trend-in məlumatına görə, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən iclasında deyib ki, cari ilin sonunadək Təhsil Nazirliyinin təşəbbüsü və tabeliyində olan 11 ali təhsil müəssisəsinin iştirakı ilə dövlət büdcəsindən vəsait cəlb edilmədən Maarifçi Fondu yaradılacaqdır. Həmin Fond vasitəsilə tələbələrə uzunmüddətli təhsil kredit və qrantlarının verilməsinə başlanılacaqdır.

M.Cabbarovun sözlərinə görə, ölkənin ali təhsil şəbəkəsinin təkmilləşdirilməsi və müəllim hazırlığı işinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Müəllimlər İnstitutunun 3 filialı ləğv edilmiş, həmçinin keyfiyyətli təhsil verilməsində rəqabətə davam gətirə bilməyən özəl universitetlərin də fəaliyyətinin dayandırılması prosesi davam etmişdir.

Nazir əlavə edib ki, Ölkənin ali təhsil sistemində yeni mühitin yaranmasına xidmət edən SABAH layihəsi hesabat dövründə fəaliyyətini uğurla davam etdirmiş, cari ildən bu qruplarda təhsil alan tələbələrin sayı 1632-ə çatmışdır.


17:23 13.10.2015