Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində yaşı 100 və və yuxarı olan 564 seçici iştirak edəcək.
Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib.
O deyib ki, seçki günü Azərbaycanın 257 vətəndaşı səsvermə hüququ qazanacaq: "Yəni bu seçicilərin 18 yaşı noyabrın 1-də tamam olur". //Report