KANAL24.AZ
Az Iw En Ru

“Hamı Azərbaycan çempionatına baxır” - Qana FF-nin prezidenti

Qana Futbol Assosiaasiyasının prezidenti Kvesi Nyantakyi daxili çempionatın oyunlarına marağın az olmasını ölkə kanallarının Avropadakı birinciliklərə meyl etməsi ilə əlaqələndirib.

“Qafqazinfo” xəbər verir ki, Topaz Premyer Liqasını da “müqəssirlər” sırasında görən Assosiasiya prezidenti, çıxış yolunu yatırımların artırılmasında axtarılmalı olduğunu bildirib.

Nyantakyi fikirlərini bu cür ifadə edib: “Ölkə kanallarını beynəlxalq oyunlar ağuşuna alıb. Hansı kanalı açırsan, xarici futbol gedir. Yerli çempionatımız onlarla rəqabət apara bilmir. Rusiya, Azərbaycan, Kipr çempionatları nümayiş etdirilir. İngiltərə Premyer Liqasından isə danışmağa dəyməz. Bu ölkələr ən yaxşı futbolçuları çempionatlarına qatıblar. Biz onlarla rəqabət aparmaq gücündə deyilik. Çünki onlar bir çox aspektlərdə bizdən xeyli öndədi. İqtisadiyyatımızı Avropa ölkələri ilə necə müqayisə edə bilərik? Klub infrastrukturları arsında da uçurum var. Futbol infrastrukturumuza dövlət yatırım etməlidi. Heç olmasa, 10 ildə 1 yeni stadion inşa edilməlidi. Əks halda, Qana çempionatına marağı heç vaxt artıra bilməyəcəyik”.

Nyatakyinin Topaz Premyer Liqasına həsəd aparmasından sonra, heç olmasa afrikalılardan öndə olduğumuza görə sevinməyə dəyər.


22:24 09.10.2015