KANAL24.AZ
Az Iw En Ru

Netanyahu Zərifə: Bizi təhdid etməyin – VİDEO

İsrailin baş naziri Binyamin Netanyahu Münhen Təhlükəsizlik Konfransında İranı “dünyaya ən böyük təhlükə” adlandırıb.

Baş nazir bildirib ki, “İsrail heç vaxt İran rejiminə terror kəndirini boyunlarına asmağa imkan verməyəcək”.

Netanyahu İranın xarici işlər naziri Məhəmməd Zərifi “İran rejiminin yalan danışan ruporu adlandırıb”.

O, İranı ötən həftə İsrail hava məkanında vurulan pilotsuz uçuş aparıtını göndərməkdə ittiham edib. Rəsmi Tehran bu ittihamları qəbul etmir. 

Əlində pilotsuz uçuş aparatının bir hissəsini tutan Netanyahu Zərifə müraciət edib: 

“Tanıyırsız? Tanımalısız, çünki bu sizindir. Bizi təhdid etməyin”.

 


02:33 19.02.2018
Xəbər lenti
Bütün xəbərlər