KANAL24.AZ
Az Iw En Ru

Təqaüddə olan mühəndis təyyarədən yaşayış evi düzəltdi

Amerikada yaşayan hal-hazırda təqaüddə olan mühəndis Bryus Kembel köhnə təyyarədən yaşayış evi düzəldib. Bryus boş vaxtları səmərəli keçsin deyə bu işi həyata keçirib. O, bu evi Boeing 727 markalı bir zamanlar qəzaya uğramış təyyarədən hazırlayıb. 
O, bu işə on il sərf edərək, təyyarədən yaşayış evi düzəldə bilib. Bu xədər vaxt ərzində o, təmirə 200 min ABŞ dolları xərcləyib. 
 
O, iyirmi min pul xərcləyərək, təyyarənin yerləşdiyi torpaq sahəsini satın alıb. Bryus artıq altı aydır ki, düzəltdiyi evdə yaşayır. Bunun üçün Bryus feysbuk səhifəsi yaradaraq əl işini insanlarla da bölüşür. 
 
 
 

06:27 18.02.2018