KANAL24 ONLINE TV
Az Iw En Ru

DTX və polisdən Bakıda CİVƏ ƏMƏLİYYATI - FOTO (YENİLƏNDİ)

İnsan sağlamlığına güclü təsir göstərən zərərli kimyəvi maddə hesab edilən civə satmaq istəyən şəxslərin saxlanılmasının təfərrüatı məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumta görə, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsi və DTX-nın yerli idarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat nəticəsində Ağcəbədi rayon sakinləri, Tuqay İmanov, Adəm İsmayılov və əvvəllər məhkum olunmuş Hacı Qurbanov 400 qram civəni satmaq istəyən zaman cinayət başında saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, əvvəlcə A.İsmayılov onda civə olması barədə digər dəstə üzvlərinə məlumat verib. Daha sonra H.Qurbanov həmin civəyə müştəri tapıb satmağı və əldə edilən pulu 3 nəfər arasında bölməyi təklif edib.

Qeyd edilən faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

***

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və polis Bakıda birgə əməliyyat keçirib.

Paytaxtın Nizami rayonunda həyata keçirilən əməliyyat nəticəsində Ağcabədi rayon sakinləri – Tugay İmanov, Adəm İsmayılov və Ordubad sakini Hacı Qurbanov 400 qram civəni satarkən tutulublar.

Faktla bağlı araşdırma aparılır.


14:55 14.02.2018