KANAL24.AZ
Az Iw En Ru

“Ən azından bu hesabı qorumaq mümkün idi” - Roman Qriqorçuk

“Qəbələ” Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda dünən Rusiyanın “Krasnodar” klubu ilə üz-üzə gəlib və 1:2 hesabı ilə uduzub. 

“Qafqazinfo” xəbər verir ki, oyundan sonra təmsilçimizin baş məşqçisi Roman Qriqorçuk oyun haqqında fikirlərini bildirib. Ukraynalı mütəxəssis birinci hissədə istədikləri futbolu oynaya bilməmələrindən şikayətlənib: “Birinci hissədə istədiyimiz futbolu oynaya bilmədik. Passiv oyun göstərdik. “Krasnodar”ı təbrik edirəm. Bu matçda uduzmaq heç də bizi üzməməlidir. Çünki komandamız ən azı ikinci hissədə yaxşı oyun göstərdi. İkinci yarıda biz hücum etdik, amma qol vura bilmədik. Şanslarımızdan yararlanmadıq. Ən azından bu hesabı qorumaq mümkün idi. Rəqib istənilən əvəzetməni edib son dəqiqələrdə qol vurdu və qalib gəldi. Fyodor Smolov oyuna çox sürətli qoşuldu və komandasına 3 xal qazandırdı”.


16:15 02.10.2015
Xəbər lenti
Bütün xəbərlər